Loading...
Dünyanı dəhşətə gətirən terrorda erməni izi

Dünyanı dəhşətə gətirən terrorda erməni izi

15-03-2019

Yeni Zelandiyada məsciddə törədilən terrorla bağlı yeni faktlar ortaya çıxıb. Məlum olub ki, terraktı həyata keçirən 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrant hücum zamanı 5 silahdan istifadə edib.

 “Qafqazinfo” xəbər verir ki, qatil istifadə etdiyi silahların üzərinə müxtəlif dövrlərdə müsəlmanları öldürən şəxlərin adlarını qeyd edib.

“Nyus Armenia” saytı bu hadisədə erməni izinin olduğunu vurğulayıb. Belə ki, silahların daraqları üzərində erməni dilində “Sarıqamış döyüşü” (Սարիղամիշի Ճակատամարտ) ifadəsi yer alıb.

Digər yazılar və adlar da Osmanlıya qarşı mübarizə aparmış xristian liderlərin adı, Osmanlının məğlub olduğu döyüş tarixləri ilə bağlıdır.

Terror aktını törədən Tarrantın bu hadisəni 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breivikdən ilhamlanaraq törətdiyi bildirilir.

Adları yazılan şəxslərlə bağlı qısa informasiyaları təqdim edirik:

1. Anton Lundin Petterson- 2015-ci ildə  “Star Wars” filmindəki döyüşçülər kimi geyinərək məktəbə qılıncla gedib. O, mühacir uşaqların üstünlük təşkil etdiyi sinifə hücum edərək 2 şagirdi öldürüb. 2. 29 yaşlı Aleksandr Bissonet- 2017-ci ildə Kanadada bir məscidə hücum edərək 6 nəfərin ölümünə səbəb olub.3. Alban xalqının milli qəhrəmanı hesab edilən, xristian olduqdan sonra İsgəndər bəy. 1468-ci ildə öldürülüb.4. 732 –ci ildə “Taurus” müharibəsində İslam ordusunu məhv etdiyini deyən Martel5. Miloş Obiliç- Kosova müharibəsində Sultan Muradı öldürən şəxsOnu da qeyd edək ki, silahlardan birinin üzərində gürcü çarı David Aqmaşenebeli ilə kraliça Tamaranın həyat yoldaşı David Soslanın (XI-XII əsrlər) adları qeyd olunub.“Sputnik Gürcüstan” xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti terrorçuların Gürcüstanla mümkün əlaqələrinin aydınlaşdırılması üçün Yeni Zelandiyanın səlahiyyətli orqanları ilə əməkdaşlıq edir.

qafqazinfo.az