Loading...
Türkiyə Prezidenti: Qondarma “erməni soyqırımı” iddiasını ortaya atanların həqiqət axtarmadıqlarını bilirik

Türkiyə Prezidenti: Qondarma “erməni soyqırımı” iddiasını ortaya atanların həqiqət axtarmadıqlarını bilirik

24-04-2019

Türkiyə Prezidenti Administrasiyasında “Arxivlərimizin inkişafı, perspektivi və tarixi araşdırmalarda rolu” mövzusunda simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı fikir və mülahizələrini bölüşüb. Saxta “erməni soyqırımı” iddiasının səbəb və məqsədlərindən danışan dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə arxivlərinin qapıları həqiqəti bilmək istəyən hər kəsə açıqdır.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyəyə insan haqları və demokratiya dərsi keçmək istəyənlərin hamısı qanlı bir keçmişə sahibdir. Saxta “erməni soyqırımı” iddiası ilə ortanı qarışdırmaq istəyənlərin heç birinin həqiqət axtarmadıqlarını bilirik.