Loading...
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub

Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub

20-06-2019

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.