Loading...
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir

Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir

15-09-2019

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.

“Türkiyə və Azərbaycan tarix boyunca bir olub, bundan sonra da bir olacaq. Biz bir millət, iki dövlətik. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir. 101 illik tarixi olan bu hadisə Azərbaycan üçün yeni üfüqlər açıb. Bakının azad olunmasında Azərbaycana göstərilən dəstək Türkiyənin qürur mənbəyidir”, - deyə səfir Erkan Özoral qeyd edib.