Loading...
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

21-09-2019

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.