Loading...
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

17-01-2020

Bu ayın sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.

Elmar Məmmədyarov, həmçinin bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin nəzərdə tutulduğunu qeyd edib.