Loading...
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb

Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb

15-02-2020

Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.

Trend Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.