Loading...
Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni və onun nəticələrini tanımır

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni və onun nəticələrini tanımır

23-03-2020

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) martın 22-də Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və martın 22-də bu ölkənin Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.