Loading...
Qarabağda əsgər Markaryanı ölüm həddinə çatdırıblar

Qarabağda əsgər Markaryanı ölüm həddinə çatdırıblar

11-05-2020

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni əsgərin ölümü ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, hadisə mayın 10-da, axşam saatlarında baş verib. Ermənistan ordusunun 19 yaşlı əsgəri Sasun Markaryan Qarabağdakı hərbi hissələrdən birinin mühafizə postunda aldığı güllə yarasından ölüb.

virtualaz.org