Loading...
Zaxarova: “Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ danışıqlarında hər zaman gündəlikdə duran məsələlərdəndir”

Zaxarova: “Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ danışıqlarında hər zaman gündəlikdə duran məsələlərdəndir”

14-05-2020

“Saxlanılan şəxslərin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair aparılan danışıqlarda hər zaman gündəlikdə duran məsələlərdəndir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Saxlanılan şəxslərin yaxın qohumları tərəfindən ziyarət edilməsi ilə bağlı ötən il Moskvada qərar qəbul olunub. Bundan sonra Azərbaycan və Ermənistan hərəsi bir əsir dəyişdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə digər həbsdə olanların taleyi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Biz bunu diqqətdə saxlayacağıq", - deyə Rusiya XİN sözçüsü “Azərbaycan tərəfi pandemiya şəraitində əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi ilə bağlı çağırış edib. Rusiya bu təşəbbüsə necə yanaşır" sualına cavabında vurğulayıb.