Loading...
Ermənistanın yeni Baş Qərargah rəisi Qarabağa gəldi

Ermənistanın yeni Baş Qərargah rəisi Qarabağa gəldi

16-06-2020

Ermənistan silahlı qüvvələrinin yeni Baş Qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Qasparyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan və "müdafiə naziri" Cəlal Harutyunyanla görüşüb.

Xatırladaq ki, Qasparyan bu yaxınlarda Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Baş Qərargahın ondan əvvəlki rəisi Artak Davtyan koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etdiyi üçün istefaya göndərilib.

virtualaz.org