Loading...
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair fikir mübadiləsi aparılıb

07-11-2018

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını bildirib.

Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib