Loading...
Alev Kılıç: Təcavüzkar Ermənistanın rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətini dəyişməlidir

Alev Kılıç: Təcavüzkar Ermənistanın rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətini dəyişməlidir

15-11-2018

Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi humanizm prinsipləri Qafqaz üçün birlik və bərabərlik mirasıdır. Müasir Azərbaycan dövləti bu mirası əzmlə qoruyur. Ötən əsrin əvvəllərində Qafqazda baş verənlər bütün region ölkələrinin rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən düzgün dəyərləndirməlidir. Belə olarsa, uzunmüddətli sülh və kompleks inkişaf yollarını tapmaq da asanlaşar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəhbəri Alev Kılıç söyləyib. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən kənarda qalıb. İşğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməlidir.

AVİM rəhbəri fikirlərini davam etdirərək deyib: “Qafqaz bölgəsində sülh və əmin-amanlıq təkcə bu bölgə və Anadolu üçün yox, bütövlükdə Avrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qonşu dövlətlərlə hörmət və ehtirama əsaslanan münasibətlər qurmaq bütün tərəflər üçün vacib şərtdir. İki ölkə arasında münasibətlərin pozulması bu və ya digər formada başqa dövlətlərin münasibətlərinə də mənfi təsir göstərir. Odur ki, heç bir hakimiyyət öz xalqı üçün faciə və fəsadlara yol açan risklərə getməməlidir. Bir sözlə, tarixdə baş verənlər ibrət dərsidir. Əgər Ermənistan tərəfi bu məqamları düzgün dərk edə bilsə, o zaman Qafqazda proseslər tamamilə başqa səmtdə inkişaf edəcək”.