Loading...
KQHO çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər

KQHO çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər

16-11-2018

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.
Yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.
Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.

mod.gov.az