Loading...
XİN: Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin “rəhbəri” ilə münasibətləri dəstəkləmir

XİN: Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin “rəhbəri” ilə münasibətləri dəstəkləmir

17-11-2018

Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi tanımır və özünü bu rejimin “rəhbəri” adlandıranlarla heç bir münasibəti dəstəkləmir.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyindən separatçı rejimin “rəhbəri”nin bu ölkəyə səfərini şərh edərkən deyiblər.

Məlumatda qeyd olunub: “ATƏT Minsk qrupunun həmsədri olaraq, Fransa dinc və dayanıqlı həll tapmaq üzərində işləyir və vasitəçi missiyasını qərəzsiz icra edir”.

trend.az