Loading...
Azərbaycan və Ermənistan XİN-ləri arasında danışıqların yaxın gələcəkdə davam etdirilməsi razılaşdırılıb

Azərbaycan və Ermənistan XİN-ləri arasında danışıqların yaxın gələcəkdə davam etdirilməsi razılaşdırılıb

06-12-2018

Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb.