Loading...
Bu il “Xocalının səsi” adlı internet televiziyası fəaliyyətə başlayacaq

Bu il “Xocalının səsi” adlı internet televiziyası fəaliyyətə başlayacaq

15-01-2019

Bu il “Xocalının səsi” internet televiziyası fəaliyyətə başlayacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu məlumat verib.

Qalib Bəyməmmədoğlu bildirib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin tarixinə və Xocalı soyqırımına, bu faciədə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız insanların, yaxud həmin insanların doğmalarının, yaxınlarının kədərli taleyinə öz səhifələrində geniş yer ayıran və xocalıların məruz qaldığı dəhşətli faciələri geniş ictimaiyyətə çatdıran “Xocalının səsi” qəzetinin 300-cü buraxılışı işıq üzü görüb. Qəzet bu gün ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, eləcə də rayonda baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır, Qarabağ müharibəsinin əsl mahiyyətini, onun tarixini, bu gününü, xalqımızın ədalətli mövqeyini nümayiş etdirir, qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrində müntəzəm işıqlandırır.