Loading...

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6. 2. 2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılmasıdır. “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradıl­masının digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat verməkdir.

“Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları mərkəzi layihəsi Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə icra olunur. Mərkəz 31. 10. 2017 – ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılıb.

www. virtualkarabakh. az portalı “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsidir. Internet səhifəmiz eyni zamanda org/com/net/co. uk domen adları ilə də fəaliyyət göstərir. Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazası olan www. virtualkarabakh. az portalında ölkəmizdə və xaricdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, gənclərin qeyri – hökumət təşkilatları tərəfindən Azərbaycanın haqlı mövqeyi ilə bağlı Qarabağ mövzusunda hazırlanan müxtəlif multimedia məhsullarının, ikt, elektron məhsulların və yazı materiallarının yerləşdirilməsi mümkündür. .

Missiya

Dünyanın çoxsaylı lokal və planetar münaqişələri sırasında 25 ildən artıq bir müddətdə beynəlxalq ictimaiyyəti narahat edən Qarabağ problemi hələ də öz həllini gözləyir. Ermənistan tərəfindən qədim Azərbaycan torpağı sayılan Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların - respublikamızın 20 faiz torpaqlarının işğal edilməsi və uzun müddət nəzarətsiz qalması, əslində dünya tarixində az-az təsadüf edilən hadisələrdəndir. Əsas məqsədimiz Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir.

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi inno­vativ - kreativ formada Qarabağın tarixi, maddi- mənəvi, dini- mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və dünyanın aparıcı dillərində mərkəzləşmiş İnternet - şəbəkə resursu kimi düşünülüb.

Bu elektron resursdakı geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araş­dırmalar, analitik yazılar, faciə qurbanlarının şəhadətləri, xarici müəlliflərin Qarabağla bağlı təd­qiqat xarak­terli ciddi elmi-kütləvi kitabları, virtual oyunlar, virtual sərgilər, müsabiqələr, bir sözlə, Qarabağla əlaqədar hər şey ölkəmizin yeni nəsil nümayəndələrinə, 50 milyonluq soy­daşlarımıza və onların xaricdəki dostlarına, həmyaşıdlarına, dünyanın sülhsevər insanlarına düz­gün, həqiqi faktlarla çatdırılmasına yönəlib.

Hər kəsi “Virtual Qarabağ” layihəsinə öz tövfəsini verməyə, bu resursun sadəcə bir internet layihəsi olaraq mövcudluğuna deyil, həm də müxtəlif nəsil insanlar, xüsusən yeniyetmə və gənc­lərin tez-tez müraciət edəcəyi, öyrənəcəyi bir qlobal informasiya-bilik şəbəkə mənbəyinə çevrilməsinə yardımçı ol­mağa səsləyirik. Əgər sizlər də gələcək nəsillərə milli həqiqətlərimizi çatdırmaqda maraqlı­sınız­sa, bizə qoşulub bu İnternet hərəkatında fəal iştirak edin, əziz gənclər, ictimai fəal insanlar.

Əsas hədəfimiz Qarabağın unudulmamasi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çat­dırmaqdır. Bu istiqamətdə fəaliyyətimizə dəstək verən hər kəsə əvvəlcədən minnətdarlığımızı bildirirk.

*. cdr formatında loqonu yüklə

*. jpg formatında loqonu yüklə

*. png formatında loqonu yüklə