Loading...

Ədliyyə Nazirliyi Penitensiar xidmətin şəxsi heyəti “Virtual Qarabağ” IKT mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

29. 03. 2017-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin şəxsi heyətinə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdimatı keçirilmişdir.

Mərkəzin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev şəxsi heyət qarşısında çıxış etmişdir.

Tədbirin sonunda şəxsi heyətə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilmişdir.