İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.
   
Nəşrin adi Yüklə (word) Yüklə (pdf)

1920-ci ildə Qarabağ döyüşləri

Müəllif / Автор / Author / Yazar / Auteur: Şəmistan Nəzirli
il / год / year / Yıl / Année: 2009

Yazıçı-publisist Şəmistan Nəzirlinin yeni kitabında Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tariхi faktlar əsasında qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri qəhrəmanlıq tariхimizi yaşatmaq, milli mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baхımından çoх dəyərlidir.

Qanlı illər

Müəllif / Автор / Author / Yazar / Auteur: Məmməd Səid Ordubadi
il / год / year / Yıl / Année: 2007

1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi

XOCALI: Şəhidlər, Şahidlər

Müəllif / Автор / Author / Yazar / Auteur: Həvva Məmmədova
il / год / year / Yıl / Année: 2003

Kitabda Milli Təhlükəsizlik Nazirliyinin Əsir, itgin, və girov düşmüş vətandaşlarla iş üzrə Dövlət Komitəsinin, Xocalı rayon İcra Hakimiyyətinin təqdim etdiyi materiallardan istifadə olunmuşdur

Azərbaycan xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920).

Müəllif / Автор / Author / Yazar / Auteur: Həvva Məmmədova
il / год / year / Yıl / Année: 2006

H.Məmmədovanın oxuculara təqdim olunan bu kitabında zəngin arxiv materiallarından istifadə olunaraq 1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat verilir. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təhlil edilir. Bu dövrdə Azərbaycan hökumətinin atdığı qətiyyətli addım, General-qubernatorluğun yaradılması və fəaliyyəti geniş işıqlandırılır. Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İrəvan xanlığı

Müəllif / Автор / Author / Yazar / Auteur: F. Əliyev, U. Həsənov
il / год / year / Yıl / Année: 2007

Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm siyasi, həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranmas, ictimai- iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir.

Ermənilər və həqiqətlər I Cild

Müəllif / Автор / Author / Yazar / Auteur: Fazil Qaraoğlu
il / год / year / Yıl / Année: 2007

Professor F.Qaraoğlunun bu kitabında zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dinindən, yaĢadıqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarĢı törətdikləri məzalimlərdən bəhs edilir. Bu kitab xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir.

Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri

Müəllif / Автор / Author / Yazar / Auteur: Ramiz Mehdiyev
il / год / year / Yıl / Année: 2000

20 Yanvar qırğını barədə indiyədək çox yazılıb. Onlarca məqalə, kitab, illüstrasiya materialları dərc olunub. Xalqımıza qarşı törədilmiş bu dəhşətli cinayət haqqında mən də yazmışam, bu barədə çoxlu çıxışlarım da olub. Lakin vaxt ötüb gedir. 20 yanvar qırğınının üstündən artıq 10 il keçib. 1990-cı il Yanvarın 20-də Azərbaycan xalqının cəlladı Mixail Qorbaçovun göstərişi ilə Bakı şəhərində və Azərbaycanın rayonlarında həyata keçirilmiş dəhşətli qırğının başqa şahidləri kimi bu qanlı faciə mənim də yaddaşıma həkk olunub və xatirimdə dərin iz buraxıb...

«QARABAĞNAMƏLƏR» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi

Müəllif / Автор / Author / Yazar / Auteur: Yunis Hüseynov
il / год / year / Yıl / Année: 2007

Əsərdə Qarabağ xanlığının yaranması, оnun ictimai quruluşu, sərhədləri,əhalisinin milli və sоsial tərkibi, iqtisadiyyatı, Оsmanlı Türkiyəsi vəGürcüstanla əlaqələri və xanlığın ərazisinin XVIII əsrin sоnu – XIX əsrinəvvəllərində Qacarlarla Rusiya impеriyası arasında bеynəlxalq çəkişməmеydanına çеvrilməsi məsələləri şərh еdilir.

Qarabağ: etnomənəvi inkişaf tarixi

Müəllif / Автор / Author / Yazar / Auteur: Xəliyəddin Xəlil
il / год / year / Yıl / Année: 2006

Ən qədim dövrdən 1920-ci ilə qədər
Monoqrafiya Alban türklərinin etnos kimi formalaşması, eramızın 4-cü əsrindən Kiçik Asiyada yaşayan ermənilərin dilini Avropa sistemli dildən türk sistemli dilə keçilməsi, bu üstünlüyün XX əsrin əvvəllərinə kimi saxlanması, erməni tədqiqatçıları və yazarlarına istinadən şərh edilir.  

Qarabağ Elat dünyası

Müəllif / Автор / Author / Yazar / Auteur: X. D. Xəlilov
il / год / year / Yıl / Année: 1992

Kitabda Qarabağın tarixi coğrafiyası, etnik tarixi haqıında bəzi qaynaqlar oxucuya ilk dəfə təqdim olunur. Qarabağı Qarabağ edən özünəməxsusluqdan, onu tarixin təlatümlərindən qalib-üzüağ çıxaran elat dünyasından, maddi və mənəvi mədniyyətindən bəhs olunur. 

Zəngəzur

Müəllif / Автор / Author / Yazar / Auteur: Musa Urud
il / год / year / Yıl / Année: 2005

Kitabda qədim Azərbaycan torpağı olan Zəngəzurun antik dövrlərdən sonillərə qədərki tarixi, coğrafiyası, əhalisi, bölgədəki etnogenez prosesləri,azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, albanmənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuĢ, xalqımızaqarĢı törədilən tarixi ədalətsizliklər Zəngəzur diyarının timsalındaümumiləĢdirilmiĢdir.

Qarabağ tarixi mənbələrdə

Müəllif / Автор / Author / Yazar / Auteur: Yunis Hüseynov
il / год / year / Yıl / Année: 2012

Əsərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın qədim dövrlərinə, bölgənin toponimiyasına, diyarın qədim əhalisinin etnik tərkibinə, Qarabağ xanlığının yaranmasının tarixi şəraiti, xanlığın ictimai quruluşu, sərhədləri, təbii-coğrafi mövqeyi, iqtisadiyyatı, ticarət əlaqələri, Osmanlı Türkiyəsi və Gürcüstanla siyasi münasibətləri və habelə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Qarabağ xanlığının Qacarlarla Rusiya imperiyası arasında beynəlxalq çəkişmə meydanına çevrilməsi problemləri araşdırılır.