İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mədəniyyət

Qarabağ mədəniyyəti

Qarabağ bölgəsi nəinki, Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

Qarabağ ədəbiyyatı

Orta və son orta əsrlər Qarabağ ədəbiyyatı haqqında bunları deyə bilərik. Azərbaycan-türk mədəniyyətində, əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk başlanğıcı, bünövrəsi etibarilə Qarabağ ədəbi mühiti ilə bağlı olduğunu müşahidə edirik. Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır. 

Qarabağ xalçaları

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.

Qarabağ mətbəxi

İlıq suda maya əridilib 13 x.q. un tökülür, azca duz da qatılır. Bunlar qarışdırılıb mayalanmaq üçün 0,5 saat isti bir yerə qoyulur. Mayalanmış kütlə böyük bir qaba tökülür, yağ, şəkər, yumurta, bir çimdik vanil və duz əlavə edilərək qarışdırılır. Sonra un töküb yoğurulur və 1,5-2 saat saxlanılır. Bu müddətdə kətənin içi hazırlanır: soyudulmuş yağ şəkər tozu ilə yaxşıca çalınır, sonra vanil və un əlavə edilir. Hazır olan xəmirdən yumruq boyda 10 kündə hazırlanır. Hər kündədən diametri 7-8 sm olan dairəvi kökə yoğurulur. Ortasına iç qoyulub xəmirin qıraqları yığılır və bulka kökəyə yoğurulur. Kətənin üstü bəzədilib 20 dəqiqə 200-220 C-də bişirilir.

Qarabağ musiqi tarixi

İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi Azərbaycan müsiqisinin qədimliyinə əyani sübutdur. Azərbaycan musiqi tarixində özünə mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir.