İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sənədlər

Kürəkçay müqaviləsi

Biz yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi ...

Gülüstan müqaviləsi

İMPERATOR ӘLAHӘZRӘTLӘRİ, Bütün Rusiyanın Әn Şöhrәtli vә ӘZӘMӘTLİ BÖYÜK HÖKMDARI vә İMPERATORU vә İran  Dövlәtinin Sahibi, hökmdarı ӘLAHӘZRӘTLӘRİ Padşahın ÖZ tәbәәlәrinә yüksәk hökmdar mәhәbbәtinә görә, ONLARIN  ürәklәrinә zidd olan müharibәnin fәlakәtlәrinә son qoymağı vә qәdimdәn Bütün Rusiya İMPERİYASI vә İran Dövlәti arasında mövcud olmuş sәbatlı sülh vә xeyirxah qonşu dostluğunu möhkәm әsas üzәrindә bәrpa etmәyi sәmimi qәlbdәn, qarşılıqlı surәtdә arzulayaraq bu әdalәti vә nicatverici iş üçün aşağıdakıları öz sәlahiyyәtli Müvәkkillәri tәyin etmәyi faydalı bilmişlәr:

Türkmənçay müqaviləsi

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

Qars müqaviləsi ( 1921-ci il 13 oktyabr )

Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar. 

Qətnamə 822

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, 

Qətnamə 853

30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək,

Qətnamə 874

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək,

Qətnamə 884

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

ATƏT sənəd, 24 mart 1992

Nazirlər Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi və bunun nəticəsində əhali arasında əzab çəkənlərin və insan tələfatlarının sayının artması ilə əlaqədar dərin narahatlıqlarını ifadə etdilər. Onlar münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə biləcəyi təsiri nəzərdə tutaraq, münaqişənin aradan qaldırılması yolları və vasitələrini geniş şəkildə müzakirə etdilər. Onlar bütün tərəfləri təmkinli olmağa çağırdılar.

ATƏT sənəd - Regional məsələlər ( 6.12.1994 )

1.Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəs­süfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü (3.12.1996)

Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü ( 19.11.1999 )

Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır.

AŞPA Sənəd 1416 (2005)

1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.

AŞPA Tövsiyyə 1690 (2005)

Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı) – Qətnamə (2003)

İslam Konfransı Təşkilatı Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 13/30-P saylı QƏTNAMƏ*

A.S.Qriboyedov - Ermənilərin Persiyadan (İrandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub

Alihəzrətinizə ermənilərin Azərbaycandan köçürülməsi üçün tətbiq edilən üsullar haqqında və onların indi bizim vilayətlərdə yerləşdirilməsi barədə mənim vasitəmlə daha mötəbər məlumat almağınız lazımdır.

Müsəlman Milli Şurasının 3 №-li, 29.05.1918-ci il tarixli protokolu

İclas açıq elan olunduqdan sonra Şuranın üzvü F.X.Xoyski iclas iştirakçılarına Şura üzvlərinin Ermənistan Milli Şurasının nümayəndələri ilə Azərbaycan və Ermənistan sərhədlərinə dair apardıqları danışıqların nəticələri barədə məlumat verir.

Paskeviçin qraf Dibiçə raportu 26 may 1828 il.

Çox sayda mühacirlərin, köçkünlərin, xüsusən heç bir hazırlıq və ya digər tədbirlər olmadan, yurd-yuvalarını tərk edərək başqa yerə, maddi yardımdan kasad və müharibənin nəticəsi olaraq xarabalığa dönmüş bir ölkəyə köçmələrinin nə dərəcədə böyük çətinliklərlə müşayiət olunacağını bildiyim üçün, bir neçə min xristyan ailənin Azərbaycandan bizim diyarlara üz tutub gəldikləri zaman meydana çıxacaq narahatlıqlar barədə öncədən düşünməyə bilməzdim.

SSRİ Nazirlәr Soveti Qәrarı № 4083

Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında.

Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı çıxışları

... Uzun müddət ölkəmizin üzləşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu işğal Ermənistanın Azərbaycana qarşı apardığı  təcavüzkar separatçı irtica ilə başlamışdır. Bu siyasət Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun inzibati sərhədlərindən kənarda yerləşən daha 7 rayonumuzun işğalı ilə  nəticələndi. Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə azərbaycanlılar məskunlaşan  ərazilərdir...