İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Araşdırmalar

Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı” və Qərbin ikili standartlar siyasəti

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar.

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Ermənistandakı dərin iqtisadi böhran ölkədəki tənəzzüldən xəbər verir

Dünya iqtisadiyyatında yaşanan yeni təlatümlər Ermənistanda böyük narahatlıqla izlənməkdə, onun ölkəyə hansı təsirlər göstərəcəyi geniş müzakirə predmetinə çevrilməkdədir. Buna əsas səbəb isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür.

Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində beynəlxalq hüquqi məsuliyyətinin bəzi məsələləri

Müasir dövlətlərarası münasibətlər sistemdə sülh və təhlükəsizliyin təmin olunması, qarşıdur­maların və silahlı münaqişələrin aradan qaldırılması, ərazitoxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququnprioritetlərindən hesab olunur. Qlobal anlamda bəşəriyyət üçün xüsusitəhlükəli hesab olunan belə əməllərə bəzən müxtəlif siyasi “arqumentlərlə” bəraət qazandırılır, habelə universal və regional təşkilatlar səviyyəsində transmillicinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinə laqeydmünasibət bəslənilir.