İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Layihələr

Qarabağla bağlı ilk virtual muzeyin təqdimatı keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin muzeylə əməkdaşlıq çərçivəsində hazırladığı “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib.

“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” musiqi albomunun təqdimatı olub

Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı haqqında virtual məlumatlandırma aksiyası keçirilmişdir

21 fevral 2014-cü il tarixində 28 Mall ticarət mərkəzində “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə beynəlxalq ictimaiyyətin məlumatlandırma aksiyası keçirilmişdir. 

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində əcnəbi tələbələrlə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar görüş keçirilmişdir

19 fevral 2014-cü il tarixində “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə Xocalı soyqırımının 22 ci ildönümü münasibəti ilə məlumatlandırma görüşü keçirilmişdir.