İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Virtual müsabiqə

Müsabiqəyə xoş gəlmisiniz!

“Virtual Qarabağ” İKT Mərkəzi gəncləri “Hər Şey Qarabağ üçün!” devizi altında virtual rəsm müsabiqəsində iştirak etmək üçün dəvət edir .

                    

    Müsabiqənin prioritet mövzuları:

 

  1. 1.     Qarabağ tarixi;
  2. 2.     Qarabağ işğal altında;
  3. 3.     Qarabağ mədəniyyəti;
  4. 4.     Qarabağın tarixi abidələri;
  5. 5.     Qarabağ müharibəsi;
  6. 6.     Milli qəhrəmanlarımız;
  7. 7.     Xocalı soyqırımı
  8. 8.     “Hər Şey Qarabağ üçün” virtual kampaniyasına dəstək.

Müsabiqənin şərtləri

1.Müsabiqədə milliyyətindən, vətəndaşlığından, dinindən, siyasi əqidəsindən 
asılı olmayaraq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu 
həqiqətini qəbul edən 14-29 yaşda gənclər, o cümlədən xarici ölkə vətəndaşı olan gənclər iştirak edə bilər. 

2.Müsabiqəyə təqdim edilən  rəsmlərin “.jpg”  formatda olan elektron formaları office@virtualkarabakh.az  ünvanına göndərilməlidir.

3. Rəsm əsərinə  mövzuya uyğun ad verilməlidir.

4. Bir şəxs ən çoxu 3 rəsmlə müsabiqədə iştirak edə bilər .

5. Rəsm əsərinin üzərində müəllifin adı, soyadı göstərilməlidir. 

 

 Müsabiqənin müddəti:

Rəsm əsərlərinin müsabiqəyə təqdim edilməsi üçün son tarix: 30 aprel 2014–cü il, saat 24:00. Seçilmiş 10 ən yaxşı rəsm əsəri “Virtual Qarabağ” İKT Mərkəzinin rəsmi internet səhifəsində, facebook, instaqrm səhifələrində yerləşdiriləcəkdir. Müsabiqə mövzu­larına və şərtlərinə uyğun olmayan rəsm əsərləri müsabiqədən kənarlaşdırılacaq.

Mükafatlandırma

İlk 3 yeri qazanmış rəsm əsərinin müəllifi qiymətli hədiyyələrlə mükafat­lan­dırılacaqlar. Mükafatlandırma mərasi­mində seçilmiş 10 ən yaxşı rəsm əsə­rlərinin sərgisi təşkil ediləcək.