İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Münaqişənin Azərbaycana vurduğu ziyan

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmişdir.

İşğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1992 –ci  illər, ərazisi 4400 kv km. – Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə; o cümlədən Şuşa 08 may, 1992 ci il- 289 kv km, - rayonların inzibati ərazi bölgüsündə dəyişiklər olunmuşdur.

Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1840 kv km;

Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv km, 

Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv km;

Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv km;

Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv km;

Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv km;

Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv km.

Azərbaycan ərzisi olan Naxçıvan Muxtar Respublikasının 1, Tərtər rayonunun 13 və Qazax rayonunun 6 kəndi hələ də işğal altındadır.

Hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam ya­ra­lanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

Bütövlükdə Dağlıq Qarabağ və ətraf Azərbaycan ərazilərinin işğalı nəticəsində 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçmişdir. 102 min yaşayış evləri, 7000 ictimai binalar, dağıdılmış, 693 ümumtəhsil məktəbi, 695 səhiyyə obyekti, 800 km avtomobil yolları, 160 körpülər, 2300 km su kəməri, 15 000 km elektrik xətti, 250 000 ha meşə sahəsi, 200 000 ha əkin sahəsi, 464 tarixi abidə və muzey zəbt olunmuş və dağıdılmışdır. Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdır. Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert - Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır. İlkin hesablamalara görə Azərbaycan Respublikasına  60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

Bundan əlavə Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti – üzlük materiallarının 35-60 %-i, meşə fondunun 23, 8 %-i, su ehtiyatlarının 7,8 % -i və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.

Ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətinı, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqdadır.

 

Mənbə:

Yaqub Mahmudov, Kərim Şükürov Qarabağ – Real tarix, faktlar, sənədlər. Bakı, 2005

ГасановТ.Тяжелыесоциально-экономические последствия оккупацииАрменией тер­риторий Азербайджана. Баку, 2004.

http://www.azerbaijan.az/portal/Karabakh/Social/socialEconomy_a.html

Mədəniyyət Nazirliyi

www. virtualkarabakh.az