İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Kampaniya haqqında

“Hər Şey Qarabağ üçün” virtual kampaniya “ Virtual Qarabağ ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir və Qarabağ həqiqətlərinin internet məkanın­da tanı­dıl­­­­masına xidmət edir.

Kampaniyanın məqsədi:

-Qarabag tarixi, mədəniyyəti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haq­qında beynəlxalq ictimaiyyətə obyektiv informasiyalar, tarixi faktlar və həqiqətləri daha müasir formalarda çatdırmaq, Qarabağ haqqında düzgün məlumatlılığın artırıl­ma­sıdır.

- Beynəlxalq ictimaiyyətin, gənclərin, sosial təşəbbüskar insanların, hüquq müdafiəçi­lərinin, bir sözlə ədaləti seçən insanların diqqətinin Ermənistan Respublikasının işğalı nə­ti­cəsi olaraq doğma Qarabağ torpaqlarından məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlıların faciəvi vəziyyətinə yönəl­dilməsidir.

- Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çər­çivəsində, ədalətli həlli üçün dünya ictimaiyyətinə çağırışlar və sivil təsir imkanlarının artırılmasıdır.

-Gənclərdə vətənimizin ayrılmaz parçası olan Qarabağa marağın və sevginin artırılması, vətənpərvərlik hisslərinin güclən­diril­məsidir.

-Qlobal informasiya məkanında Qarabağ haqqında elmi, tarixi, ictimai məlumatların, foto, video materialların yayıl­masıdır.

Kampaniya çərçəvisində fəaliyyət:

-“Hər Şey Qarabağ Üçün” virtual hərəkatı hamı üçün açıqdır: Azərbaycanda və dünyada ya­şa­yan sülhsevər insanlar, yeniyetmələr, gənclər, Qeyri - Hökumət Təşkilat­ları, gənclər təş­­kilatları kampaniyaya qoşula bilər.

-Hər kəs kampaniyanın devizi altında öz video, foto, rəsm, esse bədii nümunələr, həm­çinin problemə və mövzuya aid digər formada müxtəlif məlumatlarını hazırlayaraq bu is­ti­qamətdə təbliğat apara bilər, bu materialları www.virtualkarabakh.az internet səhi­fə­sində yerləş­dirilməsi üçün xüsusi ayrılmış elektron ünvana göndərə bilər.

-Kampaniya Qarabağ həqiqətləri ilə bağlı sərgilərin, təqdimatların, mühazirələrin ke­çi­ril­məsi üçün təşəbbüslərə - yerli və beynəlxalq müstəvidə təşkilati işlərinə dəstək verə bilər. 

-Kampaniya haqqında yerli və beynəlxalq mətbuatda məlumatlar verilə bilər.

-Sizi kampaniyanın loqosundan İnternet və sosial şəbəkələrdə Qarabağ həqiqətləri ilə bağ­lı müxtəlif təbliğat fəaliyyətlərində istifadə etməyə çağırırıq.

-Kampaniya haqqında məlumat almaq üçün www. virtualkarabakh.az internet səhifəmizə daxil olun. Məlumatlarınızı  campaign@virtualkarabakh.az e-mail ünvanına gön­dərin.

-Kampaniya fəaliyyətində “talk fusion” video paylaşma texnologiyası tətbiq ediləcək.

Əsas hədəfimiz Qarabağın unudulmamasi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna­qi­şə­si ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çat­dırmaqdır. Bu istiqamətdə fəaliyyətimizə dəstək verən hər kəsə əvvəlcədən minnətdarlığımızı bildirirk.

 

 

Məqaləyə dair fotomateriallar: