İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erməni lobbisi

Erməni lobbisi

Erməni lobbisi

Bu lobbi erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qo­ru­maqla məşğuldur. Erməni lobbisi öz siyasi məqsədlərini və siyasətini ABŞ, Argentina, Efiopiya, Uruqvay, Livan, İran, Rusiya, Suriya, Fransa, Belçika, İspaniya, Portuqaliya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Kipr kimi ölkələrdə həyata keçirir. Təkcə ABŞ-da erməni icması 23 qəzet və jurnala, nəşriyyat evlərinə, radio və televiziya vasitələrinə malikdir. Bu gün Yerevan hər il orta hesabla ABŞ-dan 200 milyon dollara yaxın əvəzsiz yardım alır. Zbiqnev Bjezinskinin fikrincə erməni lobbisi ABŞ-da ən effektiv etnik lobbilərdən biridir.

Yaranma tarixi

1820-ci ildə Osmanlı imperiyasına gələn missionerlər özlərinin əsas fəaliyyət icması kimi erməni icmasını seçirlər. Bəzi ermənilər təhsil almaq üçün ABŞ-a gedirdilər və orada həmişəlik qalırdılar. 1930-cu ildə ABŞ-la Osmanlı imperiyası arasında ilk ticarət müqaviləsi bağlanır, ticari əməliyyatlar zamanı amerikanlılar erməniləri vasitəçilər kimi cəlb edirdilər.  1890–1900-cü illər arasında 12 minə yaxın erməni ABŞ-a köçür, bu dövrdən sonra ABŞ-da erməni partiyaları fəaliyyətlərini aktivləşdirirdi. İlk vaxtlar erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdı, onlar isə öz növbəsində ictimai və dini təşkilatların yaradılmasında mühüm rol oynayırdılar. İndi ABŞ-da hər hansı isə partiyanın, təşkilatın və ya assosiasiyanın üzvü olmayan erməni çox nadir tapılar. 

XIX əsrin sonu XX əsrin əvvəllərində, aparıcı erməni siyasi partiyaları formalaşır.

  1. 1887–ci ildə "Hnçak" partiyası.
  2. 1890–cı ildə "Erməni inqlabi federasiyası" Daşnaksütun.
  3. 1921–ci ildə Erməni liberal demokrat partiyası "Ramkavar" (Misir).
  4. Erməni tərəqqi liqası (ABŞ).

Bu partiyaların arasında olan ideoloji və siyasi parçalanma 1918-ci ildə Ermənistan respub­likasının yaranması ilə və 1920–ci ildə onun süqutu ilə daha da dərinləşdi. İki düşərgə əmələ qəldi ki, Daşnaksütun Sovet hakimiyyətinə və kommunistlərə qarşı çıxış edirdi, digərləri isə Daşnaksütuna qarşı çıxıb, eyni zamanda Sovetlər birliyini dəstəkləyirdilər.

Bu parçalanma diasporanın dini həyatından da yan keçmədi. Dini sahədə olan qarşıdurmanın kulminasiyası 1933-cü ildə daşnaklar tərəfindən arxiyepiskop Turyanın kilsədə öldürülməsi oldu. Bu qətl Erməni apostol kilsəsinin parçalanmasına qətirib çıxardı. Daşnaksütun Amerika milli erməni kilsəsini yaratdı (1957-ci ildən Livanda yerləşən Kilikiya katalikosluğunun tabeliyin­dədir), mövcud olan 15 apostol kilsəsindən 12-si Sovet Ermənistanında yer­lə­şən Eçmiadzinin tabeliyində qaldı.

Diasporadakı parçalanma bir sıra ictimai təşkilatlarda da parçalanmaya səbəb oldu. Bununla bərabər ABŞ–ın daxili və xarici siyasətinə təsir göstərmək erməni diasporunun fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdi.

Ermənilər öz siyasi lobbilərini formalaşdırana qədər, erməni məsələləri ilə bağlı işlərlə milliyətcə erməni olmayan adamlar məşğul idi, bunlar əsasən müxtəlif dini, humanitar, missioner təşkilatlarının mümayəndələri və reqionda fəaliyyət göstərən qərb diplomatları idi.

1924 – cü ildə ermənilər ABŞ Konqresinə ilk qətnamə layihəsini təqdim etdilər, bu qətnamədə Osmanlı imperiyası ermənilərin kütləvi qətlində ittiham edilirdi. Birinci dünya müharibəsindən sonra erməni diasporunun əsas fəaliyyəti ABŞ ilə Türkiyə Respublikası arasında iqtisadi və siyasi əlaqələrin qurulmasının qarşısını almağa yönəlmişdi. Bu işlə əsasən ermənilərin yaratdığı "Lozanna müqaviləsinə qarşı komitə" (American Committee Opposed to the Lausanne Treaty) məşğul olurdu. Komitəyə amerika erməniləri ilə yanaşı, dini liderlər, xeyriyyə təşkilatlarının üzvləri və Konqress üzvləri daxil idi. Bu komitə ABŞ Senatında müəyyən uğura nail olsa da, ABŞ Dövlət departamenti, 1927-ci ildə Türkiyə ilə diplomatik əlaqələr yaratdı, Senat isə bir il sonra yəni 1928-ci ildə bu addımı təsdiqiqlədi.

Həmçinin erməni təşkilatları, ermənilərin ABŞ – a mühacirəti üçün də səy göstərirdilər. 1927– ci ildə Djonson-Rid İmmiqrasiya aktı qəbul olundu, bu akt Amerikaya mühacirət kvotalarını tənzimləyirdi, Amerika erməniləri və ermənipərəst təşkilatlar ermənilərin qaçqın kimi qəbul olunmasını və onların ABŞ ərazisinə asanlıqla qəlməsi üçün səy göstərirdilər.

İkinci dünya müharibəsindən sonra, "Evsiz ermənilər üzrə amerikan milli komitəsi" (American National Committee for Homeless Armenians — ANCHA) analoji tədbirlərə əl atır və 25000 erməninin ABŞ–a mühacirəti üçün şərait yaradır.

Erməni diasporunun siyasi fəaliyyətlərinin vacib mərhələlərindən biri də, 1970–1980-ci illərdə erməni millətçilərinin terror fəaliyyətlərinin maliyyələşdirməkdən və ona bəraət qazandırmaqdan ibarət idi. Bu terrorçuların məqsədi uydurma erməni soyqırımının Türkiyə və dünya birliyi tərəfindən tanınmasına nail olmaq idi.

Daşnaksutunla sıx bağlı olan iki qrup ASALA və Erməni inqilab ordusu türk diplomatlarını qətlə yetirir, partlayışlar törədirdi, get gedə teror fəaliyyətini gücləndirərək onlar kütləvi qətllər və daha miqyaslı terror aktları törətməyə başlayırdılar. Sadalanan üsullardan savayı ermənilər Vaşinqtonda təsir qrupları da yaratmağa nail olurdular.

Daşnaksütun özünün ilk lobbist qrupu kimi "Ermənistan müstəqilliyinə dəstək üzrə Amerikan komitəsi"ni (American Committee for the Independence of Armenia — ACIA) hesab edir, bu komitə 1918-ci ildə yaradılmışdır.

1972-ci ildə diasporanın Daşnaksütuna qarşı çıxan nüfuzlu üzvləri "Amerikanın erməni assambleyası"nı (Armenian Assembly of America — AAA) təsis etmişlər. Bu məqsədlə diasporanın imkanlı nümayəndələrinin maliyyəsi də cəlb edilir. Asambleyanın təsisçiləri Corc Vaşinqton universitetinin erməni əsilli iki profesoru hesab edilir, bunlar Stiven Muqar (Stephen Mugar) və Hirayir Hovanyandır (Hirair Hovnanian). Hal hazırda "Amerika erməniləri milli komitəsi" və "Amerikanın erməni assambleyası" ayrı-ayrılıqda fəaliyyət göstərir.

Erməni lobbisinin əsas məqsədləri

  1. Qondarma erməni soyqırımını tanıdmaq.
  2. Erməni diasporunun siyasi proseslərdə iştrakını təmin etmək.
  3. ABŞ Ermənistan əlaqələrinin gücləndirilməsi.
  4. Ermənistan və Dağlıq Qarabağ separatçılarına dəstək əldə etmək.
  5. Erməni diasporasının maraqlarına uyğun olaraq ABŞ – ın xarici siyasətinə təsir etmək.

Təşkilati strukturu və iş üsulları

Amerika erməniləri milli komitəsi Amerikan erməni assambeyasına nisbətən daha çox nümayəndəlik və ofis şəbəkəsinə malikdir. Hər iki təşkilatın mənzil gərargahları Vaşinqtonda yerləşir həmçinin onlar Yerevanda və Xankəndində də ofislərə malikdirlər. AEMK ABŞ – ın 25 ştatında 45 filiala malik olmaqla yanaşı iki reqional ofisə malikdir, bunlar Qərbdə Qlendeyl (Kaliforniya) və Şərqdə Utertaun (Massaçusets) şəhərlərində yerləşən ofislərdi. Bu təşkilatın Fransada, Böyük Britaniyada, və İtaliyada da nümayəndəlikləri fəaliyyət göstərir, bir müddətdir ki AEMK Avropa Birliyi nəzdində nümayəndəyə də malikdir.

Erməni assambleyası mənzil gərargahdan savayı, Beverli Xillzdə (Kaliforniya) regional ofisə malikdir, bundan əlavə Kembridjdə "Erməni ağacı" layihəsi ilə məşğul olan kiçik ofis və Nyu-Yorkda BMT ilə bağlı olan məsələlərlə məşğul olan ofis fəaliyyət göstərir.

Amerikanın erməni assambleyası özündə 10000 üzvü  birləşdirərək üç milyon beş yüz min dollarlıq illik büdcəyə malikdir. Hər iki təşkilat müxtəlif gənclər təşkilatlarının mətbu orqanların və institutların təsisçisidir. AEMK aylıq "Zaqafqazye xronoloqiya" jurnalını da dərc edir həmçinin, "Hairenik" və "Armenian weekly" qazetləri ilə yaxın əlagələrə malikdir. Daşnaksütun həftəlik "Azbarez" dərgisinin nəşr etdirir.

Erməni assambleyası "Massis Weekly", "Armenian Liberty", "Snark New Agency" və "Armenian News" kimi kivlərlə yaxın əlaqələrə malikdir.

1982-ci ildə Kembricdə Zoryan institutu (Zoryan Institute) təsis edilir, bu institut Ermənistanın, erməni diasporunun və qondarma soyqırımın tədqiqi ilə məşğuldur.

1997-ci ildə Erməni assambleyası qondarma soyqırımı daha yaxşı tədqiq və təbliğ etmək üşün "Erməni milli institutunu" (Armenian National Institute) təsis edmişdir. İnstitut "Soyqırımın ensiklopediyası"nı harızlamaqla məşğuldur. Erməni assambleyası "erməni məsələsini" gündəmdə tutmaq üçün 4 piar şirkəti ilə müqavilə bağlamışdır. Erməni gənclərinin birləşdirmək üçün AEMK və Erməni assambleyası 1933–cü ildə yaradılmış, "Erməni gənclərinin federasiyası" ilə sıx əlaqələrə malikdirlər və onları dəstəkləyirlər. Federasiya olimpiadalar, tarix dərsləri, dil kursları təşkil etməklə məşğuldur, bundan əlavə federasiya "Hayastan" adlanan yay düşərgəsinə malikdir, bu düşərgədən AEMK- nin keçmiş rəhbəri Murad Topalyan teror aktlarının hazırlanması üçün və terrorçulara təlim keçirilməsi üçün istifadə etmişdir.

Dövlət orqanlarına təsir

1995–ci ildə ABŞ konqressində erməni məsələləri üzrə iki partiyalı konqressmen qrupu yaradılır (Armenian Caucus). Qrupu demokrat Frenk Pallone ve respublikaçı Edvard Porter təsis edir, sonradan Porterin yerini Co Nollenberq tutur. Bu qrupun fəaliyyəti Ermənistanın və erməni diasporunun maraqlarını əks etdirən bir sıra sənədlərin konqressin gündəliyinə qətirilməsindən və qubulu üçün səy qöstərməkdən ibarətdir. Qrupun üzvü olan bir çox konqressmen 1992–ci ildə Azərbaycana ABŞ yardımını qadağan edən Azadlıq aktına 907-ci düzəlişin lehinə səs verən insanlardır. Konqressdəki qrupdan əlavə Demokrat partiyasında erməni şurası (Armenian-American Democratic Leadership Council) və Respublikaçılar partiyasında erməni şurası (Armenian-American Republican Council) mövcuddur.

ABŞ qanunvericilik orqanlarında bir neçə güclü lobbist erməni məsələsi ilə məşğuldur, onlardan ən məşhuru Senatın maliyyə məsələləri üzrə komitəsinin keçmiş sədri Robert Douldur. Bu adam onilliklər boyu erməni məsələlərinin koqnresdə və senatda özünə yer tapması üçün çalışıb, 2001–ci ildə AEMK ona səylərinə qörə mükafata layiq qörüb. Həmçinin erməni lobbistləri xarici siyasətin maliyyələşdirilməsi üzrə alt komitənin rəhbəri senator Mitç Makkonelin öz tərəflərinə çəkilməsi işində böyük uğura nail olub. 5 il ərzində ABŞ – da yaşayan ermənilər Makkonela və onun təmsil etdiyi ştatda fəaliyyət göstərən respublikaçılar partiyasının bölməsinə 200.000 dollar vəsait bəxş ediblər, bundan əlavə erməni diasporu Makkonelin rəhbərlik etdiyi respublikaçı senatorların yenidən seçilməsi üzrə komitəyə də küllü miqdarda vəsait ayırıblar.

Sadalanan qrupların əsas məqsədi bunlardır:

  1. Erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması.
  2. Qondarma Dağlıq Qarabağ respublikasının tanınması və ona yardım göstərilməsi.
  3. 907–ci düzəlişin güvvədə saxlanması.
  4. Ermənistana ABŞ tərəfindən yardım göstərilməsi.
  5. Türkiyəyə müasir silah satışının qarşısının alınması.
  6. Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı mübarizə.

Qondarma soyqırımın tanınması

Həm Amerika erməniləri milli komitəsi həm də, Amerika erməni assambleyası erməni soyqırımının tanınmasını, özünün başlıca vəzifəsi olduğunu bəyan edir. Bundan əlavə AEMK Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və türk hökumətindən təzminat tələb edir. 1982– ci ildən bəri hər iki qrup erməni soyqırımının tanınması və 24 aprelin soyqırım qurbanlarının anım günü elan edilməsi üçün mübarizə aparır.

AEMK bu məsələdə seçdiyi iş üsulu bu ideyanın ABŞ qanunverici orqanlarında irəli sürməkdən əlavə, Amerikanın müxtəlif şəhər və ştatlarında qondarma soyqırımı tanıtdırmaq və yerli qanunverici orqanların onu qəbul etməsinə çalışmaqdan ibarətdir.

Bu günə qədər 43 ştat qondarma soyqırımı tanımışdır. Qondarma soyqırımın tanınması istiqamətində başqa ölkələrdə də iş aparılır, erməni lobbisi bu yolla ABŞ – a təsir qöstərmək istəyir. Digər olkələrdə erməni lobbisi bu istiqamətdə ciddi uğurlara nail ola bilib, bu ölkələr Fransa, İtaliya, İngiltərə, Yunanıstan, Belçika, Hollandiya, İsveç, Livan, Rusiya, Kipr, Kanada və Аrgentinadır, ermənilər bu istiqamətdə Avropa birliyinin orqanları,  habelə BMT və Avropa parlamentində müxtəlif işlər görürlər. AEMK Türkiyənin Avropa Birliyinə üzvlük məsələsini bu olkənin qondarma erməni soyqırımını tanıması ilə bağlamağa ça­lışır, İsrail dövlətini isə Türkiyə ilə əməkdaşlıq etdiyinə görə tənqid edir.

Qondarma soyqırımın tanınması istiqamətində erməni assambleyası da müəyyən işlər görür, belə ki, konqress üzvləri arasında apardıqları işdən əlavə onlar, soyqırımın tanıtdırılması ilə məşğul olan "Erməni milli institutunu" maliyyələşdirirlər. 2000-ci ildə "Erməni milli institutu" "Erməni soyqırımına erməni cavabı" adlı konfrans keçirmişdir, bu konfransda bir sıra alim və tarixçilərlə yanaşı, Xolokost memorial muzeyinin nümayəndələri də iştrak etmişlər. Həmçinin assambleya orta məktəblərdə erməni soyqırımı barədə kursun salınmasını və tədris olunmasını təklif edir. 2000 – ci ildə "Erməni milli institutu" Vaşinqtonun mərkəzində "erməni soyqırımının" muzeyinin inşasına başlamışdır.

1915-1923-ci illərdə Osmanlı İmperiyası tərəfindən guya törədilmiş faciənin beynəlxalq ictimaiyyət tərəfindən “soyqırımı” kimi tanınması Ermənistanın lobbiçi təşkilatlarının Atlantik okeanın hər iki tərəfində əsas fəaliyyətlərindən biridir.

ABŞ-da lobbiçilik Amerikalı Ermənilərin Konqresi çərçivəsində ABŞ konqresmenlərinə həm Senatda, həm də Nümayəndələr Palatasında birbaşa təsir etməkdən ibarətdir. Senator Robert Menendez və Mark Kirk AEMK tərəfindən dəstəklənən iki konqremendirlər və onlar ABŞ  hökumətinə qətnamə qəbul edilməsi üçün təzyiq göstərirlər. 2007-ci ildə qətnamə həmçinin ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nancy Pelosi və ABŞ Nümayəndələr Palatasının Kaliforniyadan olan üzvü Adam Schiff tərəfindən təsdiq olundu. Adam Erməni lobbiçiliyi nəticəsində soyqırım haqqında qətnaməni irəli sürdü. 11 oktyabr, 2007-ci ildə Adam Schiffin dəstəklədiyi qətnamə Xarici İşlər Komitəsi üzrə Palata tərəfindən qəbul olundu. Bununla belə, Prezident Buşun qətnamənin Türkiyə ilə əlaqələrə mənfi təsir edəcəyindən nigarançılığına görə sənəd Nümayəndələr palatasının müzakirəsinə çıxarılmadı.

Qətnamə yenidən 4 mart, 2010-cu ildə 22 səsdən 23-nü qazanmaqla Xarici İşlər Komitəsi üzrə Palata tərəfindən bəyənildi. Prezident Obamanın Türkiyə ilə əlaqələrin pisləşməsilə bağlı etirazlarına və eləcə də, qətnamənin Türkiyə ilə Ermənistan arasında barışıq cəhdlərinə mane olacağına baxmayaraq,  Komitə onu qəbul etdi. Həmin gün Ankara ABŞ-dakı səfiri Namik Tanı geri çağırdı və Vaşinqtonu diplomatik böhranla hədələdi. The Guardianın verdiyi məlumata görə qətnamə “amerkali ermənilərin gərgin lobbiçiliyinin məhsulu idi”(The Guardian, 2010). Qəzet yazırdı ki, 2009-cı ildə AEMK qətnamə ilə bağlı Konqresə təsir etmək üçün təxminən 50,000 dollar xərcləmişdir. Bununla belə, Prezident Obama yalnız 2008-ci ildə öz seçki kampaniyası dövründə hadisəni “soyqırım” adlandırdı, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti olandan sonra isə belə mövqe göstərmədi.  Qətnamə 2012- ci ildə yenidən təqdim olundu. 20 mart 2012-ci il tarixində AEMK öz veb-səhifəsində məlumat yaydı ki, senator Menendez və Kirk ABŞ hökümətindən soyqırımını tanıması üçün Senatın 399 saylı qətnaməsini təqdim edib. 

Göründüyü kimi, həm AEA, həm də AEMK erməni məsələsinin Vaşinqtonun siyasi gündəliyində saxlamaqda həvəslidirlər. Məhz bu səbəbdən də Erməni- Amerikan icması ilə konqresmenlər arasında müntəzəm olaraq görüşlər təşkil olunur. Bu fəaliyyətə həmçinin lobbiçi təşkilatlarda erməni təcrübəçiləri (praktikant) ilə konqresmenlər arasında görüş təşkil etmək kimi gələcək liderlərin xüsusi proqramı da daxildir. 

Amerikada olduğu kimi, Avropada da erməni soyqırımının tanınması böyük narahatçılıq mövzusudur. Brüsseldə erməni lobbiçiliyi iki əsas qurum vasitəsilə təşkil olunur: Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (ƏDAEF) və Ermənistanın Avropalı Dostları (EAD). Hər iki təşkilat Avropa Birliyinin Türkiyə və Cənubi Qafqaza (Azərbaycan) dair strategiyalarına təsir etməklə məşğuldur. ƏDAEF-in veb səhifəsində onun məqsədləri belə bildirilir:
1.Avropa Institutları və Avropa Ittifaqındakı erməni icmaları arasında əlaqə rolunu oynama. 2.Belə institutlar daxilində həmin icmaların mövqeyini təbliğ etmək; 3.Ermənistanla bağlı siyasi və strateji məsələlərin Avropa Birliyində daha yaxşı anlaşılmasını təmin  etmək; 4.Erməni məsələlərində Avropa Birliyinin tolerantlıq və dialoq kimi dəyərlərini möhkəmləndirmək;  

Bu günə qədər Avropa Birliyi üzv olan 27 dövlətdən 10-u erməni soyqırımını tanıyıb (Belçika, Kipr, Fransa, Almaniya, Yunanıstan, Italiya, Litva, Niderland, Polşa və Isveç). 2006-cı ildə ƏDAEF soyqırım vaxtı öldürülmüş ermənilərə məxsus əmlakı saxladığına görə Almanyanın Deutsche Bankını 20.000.000 təzminat ödəməyə məcbur etmək məqsədi ilə qrup iddiası qaldırdı. Bundan bir il əvvəl analoji iddia fransız sığorta firması Axa-a qarşı da qaldırılmışdı və 2010-cu ildə həmin şirkət 1.000 ailəyə təzminat verməyə razı olub. 

Fransada ölkəni soyqırımı tanımağa məcbur etmək və onun inkarını cinayətə çevirmək üçün gərgin çalışan yaxşı təşkil olunmuş və qətiyyətli erməni lobbisi var. 29 yanvar 2011-ci il tarixli qanunu ilə Fransa soyqırımı tanıdı. Bundan əlavə, 2012-ci ilin yanvarında Fransa parlamenti soyqırımın inkarını cinayət hesab edən qanun qəbul etdi. Buna görə də, təklif olunan qanun layihəsinə uyğun olaraq soyqırımı inkar edənlər bir il həbs cəzası və 45.000 avro cərimə təhlükəsilə üzləşirlər. Fransadakı erməni lobbisi Patrick Devedjian (keçmiş baş katib) və Edouard Balladur (keçmiş baş nazir, 1993-1995) (hər ikisi erməni mənşəlidirlər) kimi nüfuzlu fransız siyasətçiləri ilə yaxşı əlaqəlidirlər.  BBC-nin verdiyi məlumata əsasən 500.000 erməni mənşəli fransıza arxalanan “Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurası” (FETKŞ) (Conseil de Coordination des Organisations Arméniennes de France – CCAF) həmin qanuna çox təsir edib. Fransanın gələcək prezidenti həmin vaxt soyqırımın inkarına qarşı yeni qanun irəli sürməyi vəd etmişdi və 2012-ci ildə iyul ayının əvvəlində Prezident ictimai şəkildə qanunu təsdiqlədi.  

Qarabağ münaqişəsində erməni lobbisi

Qarabağ münaqişəsinin alovlanmasından qabaq bir sıra, tanınnmış erməni Qarabağın Ermənis­tana birləşdirilməli olduğunu ABŞ – da fəaliyyət qöstərən erməni mətbuatında bildirirdilər, bunların sırasında Zori Balayanı və Serqey Mikoyanı (Anastas Mikoyanın oğlu) göstərmək olar, bu fikri 1980-ci illərdə Fransada Abel Aqanbekyan da səsləndirmişdir.

Erməni lobbisinin səyləri nəticəsində ABŞ ictimaiyyəti yalnız ermənilərin nəzər nöqtəsini əks etdirən məlumatlar alırdı. Erməni diasporu və lobbistləri 1990–cı illərin əvvəllərində qərb ölkələrində Azərbaycanı təcavüzkar kimi təqdim etməkdə uğur qazana bilmişdi, bu zaman Azərbaycan informasiya blokadasında idi.

ABŞ Ermənistanı 1991–ci ilin dekabrında, Azərbaycanı isə 1992–ci ilin fevralında rəsmən tanıdı. Erməni lobbisinin əsas vəzifələrindən biri, qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına və ona yardım göstərilməsinə nail olmaqdır. 1990–1994-cü illər ərzində Amerika­dakı erməni diasporu Qarabağda qedən işğalçı müharibəni maliyyələşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana yollayır, bundan əlavə Daşnaksütun və AEMK müharibə üçün muzdluların və könüllülərin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə çatdırmaqla, habelə erməni ordusu və silahlı birləşmələri üçün silah və sursat alınması və reqiona çatdırılması ilə də məşğul olur. Erməni lobbisinin ən böyük nailiyyətlərindən biri, Ermənistan və qondarma Dağlıq Qarabağa ABŞ tərəfindən maliyyə yardımının edilməsinə nail olmalarıdır. Yardımın qöstərildiyi bütün illər ərzində, Ermənistan hökuməti və Qarabağdakı separatçılar ABŞ hökümətindən üst-üstə yüz milyonlarla dollar vəsait alıb, belə ki, təkcə 2000– ci ildə ABŞ Ermənistana 102,4 milyon dollar maliyyə yardımı göstərib.

907- ci düzəliş

Erməni lobbisinin ABŞ siyasətinə təsirinin ən bariz sübutu 1992–ci ildə "Azadlığa dəstək aktına" (Freedom Support Act) 907–ci düzəlişin qəbul olunmasıdır.

Bu akt keçmiş sovet respublikalarına iqtisadi dəstəyin göstərilməsi üçün qəbul olunmuşdur, lakin erməni lobbisinin səyləri nəticəsində bu akta edilmiş 907–ci düzəliş, Azərbaycana ABŞ hökuməti tərəfindən hər hansısa yardımın göstərilməsini qadağan edirdi. Düzəlişin əsaslanması kimi Azərbaycanın Ermənistanı və Dağlıq Qarabağı blokadaya salması göstərilir, lakin bu sənəddə Ermənistanın Azərbaycan Respublikasının bir hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadaya alması və Azərbaycanın Ermənistanla sərhəddini sonuncunun onun ərazisini işğal etdiyi üçün bağladığı faktını özündə əks etdirmir. Digər tərəfdən düzəlişdə göstərilən "blokada" sözü özü özlüyündə yalnışdır, çünki Ermənistan Gürcustan və İranla sərhədə və sıx iqtisadi əlagələrə malikdir, burada "embarqo" termininin istifadəsi daha məqsədə uyğun olardı. Düzəliş qəbul olunan zaman Azərbaycanın mövqeyi öyrənilməmişdir, bu zaman Azərbaycanın ABŞ–da səfirliyi də mövcud deyildi.

1998-ci ildə Nümayəndələr Palatasının rəhbərinə yazdığı məktubda Madlen Olbrayt bu barədə belə yazırdı: "907–ci düzəliş ABŞ–ın milli maraqlarına ziyan vurur, ABŞ–ın Qarabağ münagişəsinin nizamlanması istiqamətində səylərinə ve neytrallığına zərbə vurur, Azərbaycanda keçirilən iqtisadi və huquqi islahatlara yardım məsələsində, habelə Şərq- Qərb enerji nəqliyyat dəhlizinin yaradılması istiqamətində ABŞ– ın səylərinə maneədir".

Azərbaycana və Türkiyəyə qarşı dünyada 870-dək irili - xırdalı erməni təşkilatı fəaliyyət göstərir. Xeyriyyəçilik adı altında fəaliyyət göstərən bu qrumların maliyyə yardımları, fəaliyyətləri, dünyaya «diplomatik» çıxışları bilavasitə aşağıdakı erməni diaspor mərkəzləri tərəfindən həyata keçirilir və tənzimlənir:

1) Erməni Katolik Kilsəsi (dünyanın 56 ölkəsində mərkəzi var. 2001-ci ilin iyun ayının 4-dən Xankəndində özəyi yaradıldı);

2) Amerikanın Erməni Assambleyası (iyirmi iki ştatı əhatə edir. 2001-ci il iyul ayının 14-də Dağlıq Qarabağda mərkəzi yaradılıb);

3) Erməni Hüquqçularının Assambleyası (Avropa Ölkələri üzrə);

4) Erməni Ümumi Xeyriyyə İttifaqı (mərkəzi Nyu-York, London. 2001-ci il iyul ayının 29-da Dağlıq Qarabağda şöbəsi yaradıhb);

5) Erməni Ümumdünya Yevangelist Şurası (Avropa ölkələri üzrə);

6) Amerikanın Erməni Missioner Assosiasiyası (MDB ölkələri istiqamətində 2001-ci il avqust ayının 3-də Dağlıq Qarabağda yaradıldı);

7) Amerikanın Erməni Milli Komitəsi;

8) Humanitar yardım göstərilməsi üzrə Şimali Amerika Erməni Cəmiyyəti (Dağhq Qarabağda 2001-ci il martın 3-də yaradılıb);

9) Erməni Apostol Kilsəsinin Şərqi Yeporxiyası;

10) Erməni Apostol Kilsəsinin Qərbi Yeporxiyası;

11) Vartan cəngavərləri (2001-ci ildə Dağlıq Qarabağda resmi leqal qaydada fəaliyyətə başlamışdır).

Erməni lobbisi dünya siyasətinə ciddi şəkildə nüfuz edir. Hər vasitə ilə «Əzabkeş» xalqın qeydinə qalır. Erməni maraq və mənafeyinə lazım olan iqtisadi və siyasi yardım etməkdən çəkinmirlər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mane olurlar, erməni təcavüzünə ört-basdır etməyə çalışaraq Azərbaycanı təcavüzkar adlandırırlar.

Hazırladı: Nurəddin Mehdiyev

Mənbə: 

Sadıqov F. Xarici lobbizm və dövlətlərin maraqları. Bakı, “Məşvərət” jurnalı, № 27, 2000

http://az.wikipedia.org/wiki/AB%C5%9E-da_erm%C9%99ni_lobbisi 

http://karabakh-doc.azerall.info/ru/articls/artc088.htm 

http://www.esisc.org/upload/publications/analyses/the-armenian job/The%20Armenian%20Job.pdf  (Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi: “Erməni İşi: Cənubi Qafqazda düşmənçilik modelində Erməni lobbisinin rolu” adlı hesabat)

Yusif Qazıyev  Erməni Məsələsi, Bakı, 2009