İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müsəlman Milli Şurasının 3 №-li, 29.05.1918-ci il tarixli protokolu

Tiflis, Saray.

Sədrlik edən sədrin müavini Ağayev Həsənbəy. Katiblik edən M.Mahmudov.
İştirak edənlər: F.X.Xoyski, M.Y.Cəfərov, M.B.Hacınski, Al.B.Mahmudbəyov. F.B.Köçərlinski, J.Məlik-Yeganov, R.B.Vəkilov, Q.B.Şaxtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, A.Şeyxülislamov, M.Məhərrəmov, X.B.Xasməmmədov, X.B.Məlik-Aslanov, C.B.Hacınski, S.A.Ağamalov, Şərifov.

İclas açıq elan olunduqdan sonra Şuranın üzvü F.X.Xoyski iclas iştirakçılarına Şura üzvlərinin Ermənistan Milli Şurasının nümayəndələri ilə Azərbaycan və Ermənistan sərhədlərinə dair apardıqları danışıqların nəticələri barədə məlumat verir.

F.X.Xoyski məruzəsini Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəzin lazım olduğu xəbəri ilə bitirir. Siyasi mərkəz olaraq isə Xoyski Aleksandropolun Türkiyəyə birləşməsindən sonra yalnız İrəvanı gördüyünü bildirir. Bu səbəbdən İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmaz görünür.

Bu məsələ ilə əlaqədar X.B.Xasməmmədov, M.Y.Cəfərov, A.Şeyxülislamov (“Hümmət partiyası adından”), Məhərrəmov M. (sosialist müsəlman bloku adından) də öz fikirlərini bildirirlər.

Sözügedən blok İrəvanın ermənilərə verilməsini tarixi zərurət, eyni zamanda qaçılmaz bir müsibət kimi dəyərləndirir.

Bu məsələ ilə əlaqədar keçirilən səsvermə aşağıdakı nəticələri verir:

İrəvanın güzəştə gedilməsinin lehinə 28 səsdən 16 səs verilir; əleyhinə – 1 səs, 3 nəfər də bitərəf qalır.

Daha sonra gündəliyə ermənilərlə birgə konfederasiyanın yaradılması məsələsi çıxarılır. Qısa fikir mübadiləsindən sonra bu məsələdə də səsverməyə çıxarılır. Qeyd edək ki, Azərbaycanla Ermənistanın gələcək quruculuğunun bu şəkildə qoyulması Şura tərəfindən yekdilliklə qəbul olunmur.

Daha sonra Şura üzvü F.X.Xoyski Teymur bəy Makinskinin də kooptasiya yolu ilə Milli Şuraya  cəlb olunması təklifini irəli sürür v bu təklif Şura tərəfindən yekdilliklə qəbul olunur.

Mənbə:

Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Fond 970, siyahı № 1, iş № 1, səhifə 51, 52. Surəti

http://www.iravan.info/ru/sened17/