İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

SSRİ Nazirlәr Soveti Qәrarı № 4083

23 dekabr 1947-ci il. Moskva, Kreml

Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında.

әlavә 10/ III- 48-ci il. № 754

SSRİ Nazirlәr Soveti qәrarı alır:

1. 1948-1950-ci illәrdә Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına könüllülük әsasında 100 min kolxozçu vә digәr azәrbaycanlı әhalisi, onlardan: 10 min nәfәr 1948-ci ildә, 40 min nәfәr 1949-cu ildә vә 50 min nәfәr 1950-ci ildә köçürülsün.

2. Azәrbaycan SSR Nazirlәr Sovetinә vә Ermәnistan SSR Nazirlәr Sovetinә bir vәzifә olaraq tapşırılsın:

a) kolxozçular vә digәr azәrbaycanlı әhalisi arasında Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәnlәrә dövlәt tәrәfindәn tәqdim edilәn şәraitin vә güzәştlәrin izah edilmәsini tәşkil etsinlәr;

b) köçürülәn kolxozçularla onların getmәsinә 10 gün qalmışdan gec olmayaraq işlәnmiş әmәk günlәri üzrә kolxozların  istehsal planlarında nәzәrdә tutulmuş miqdarda tam hesablaşmanı tәmin etsinlәr;

c) köçürülәnlәrin şәxsi istifadәsindә olan bütün әmlakın, mal-qaranın vә quşların daşınmasını tәmin etsinlәr.

3. Nazirliklәrin vә idarәlәrin, tәsisatların vә müәssisәlәrin rәhbәrlәrinә bir vәzifә olaraq tapşırılsın ki, Ermәnistan SSR-dәn  Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn şәxslәri işdәn azad etsinlәr.

4. Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn azәrbaycanlı әhali üçün aşağıdakı imtiyazlar müәyyәn edilisin:

a) köçürülmәlәrә dövlәt hesabına ödәnişsiz gediş, hәr ailәyә 2 tona qәdәr miqdarda mal-qara vә әmlak aparılması imkanı verilsin;

b) Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn kolxozçulara SSRİ MİK vә Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci  il tarixli 115/2043 saylı: "Kәnd tәsәrrüfatı köçürülmәsi üzrә güzәştlәr haqqında" qәrarı, mәcburi süd tәdarükü üzrә güzәştlәr  istisna olmaq­la, aid edilsin;

c) köçürülәn ailәlәr gedәrkәn ailә başçısına 1000 manat vә hәr ailә üzvünә 300 manat miqdarında qaytarılmayan pul müavinәti verilsin;

d) Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailәlәrә mәskunlaşma yerlәrindә nәğd hesabla ailә başçısına 1,5 sentner vә hәr ailә üzvünә 0,5 sentner әrzaq taxılı satılsın.

5. Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülәn azәrbaycanlı әhaliyә çıxdıqları yerlәrdә tәdarük  tәşkilatlarına dәyişmә qәbzlәri ilә kәnd tәsәrrüfatı mәhsullarını (taxıl, kartof), habelә karantin şәrtlәrinә görә aparılması qadağan olunan mal-qaranı mәskunlaş­dırıldıqları yerlәrdә hәmin miqdarda mәhsul vә mal-qara alınması hüquqi ilә tәhvil vermәyә icazә verilsin.

6. Kәnd Tәsәrrüfatı bankına tapşırılsın:

a) Azәrbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülәnlәrin ehtiyacı olanlarına yaşayış evlәri vә hәyәtyanı binalar tikilmәsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddәtindә qaytarılmaqla bir tәsәrrüfata 20 min manata qәdәr mәblәğdә kredit versin;

b) ehtiyacı olan köçürülәnlәrә mal-qara almaq üçün hәr ailәyә 3 min manat mәblәğindә 5 il müddәtinә, alındıqdan üç il sonra ödәmәyә başlamaqla uzunmüddәtli borclar versin.

7. Yollar Nazirliyinә tapşırılsın:

a) Ermәnistan SSR Nazirlәr Sovetinin sifarişlәri üzrә azәrbaycanlı әhalinin, onların әmlakının vә mal-qarasının Azәrbaycan SSR-ә tәchiz olunmuş vә dezinfeksiya edilmiş vaqonlarda xüsusi tәrtib edilmiş eşelonlarla daşınmasını tәmin etsin;

b) köçürülәnlәrin çıxdıqları yerlәrdә Yollar Nazirliyinin, Azәrbaycan SSR Nazirlәr Sovetinin vә Ermәnistan SSR Nazirlәr Sovetinin tәsdiq etdiklәri qrafikә uyğun olaraq vaqonlar üçün ödәniş alınmadan yol idarәsi tәrәfindәn vaqonların verilmәsini hәyata keçirsin. Azәrbaycanlı әhalinin daşınmasına görә pul hesablaşmaları dәmir yolu idarәsinin tәqdim etdiyi hesablar üzrә aparılsın.

8.  SSRİ Sәhiyyә Nazirliyinә tapşırılsın ki, bütün köçürülәnlәrin çıxış yerlәrindә tibbi baxışdan keçirilmәsini, habelә onların  getdiklәri yolda tibbi-sanitariya xidmәtini tәmin etsin. Eşelonların müşayiәt edilmәsi üçün şәxsi heyәt vә lazımi dәrmanlar ayırsın.

9. SSRİ Maliyyә Nazirliyinә tapşırılsın ki, azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-ә köçürülmәsinin tәmin edilmәsi üçün Azәrbaycan SSR-n 1948-ci il üçün büdcәsindә zәruri xәrclәri nәzәrdә tutsun.

10. Ermәnistan SSR Nazirlәr Sovetinә vә Azәrbaycan SSR Nazirlәr Sovetinә tapşırılsın ki, bu Qәrarı icra etmәk mәqsәdilә bir ay müddәtindә Ermәnistan SSR-dәn köçürülәn әhalinin köçürülmәsi vә Azәrbaycan SSR-in Kür-Araz ovalığında yerlәşdirilmәsinin tәmin edilmәsi üzrә konkret tәdbirlәr işlәyib hazırlasın vә onlar barәdә SSRİ Nazirlәr Sovetinә mәlumat versin.

11. Ermәnistan SSR Nazirlәr Sovetinә azәrbaycanlı әhalinin Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi ilә әlaqәdar olaraq onların azad olunmuş tikililәrindәn vә yaşayış evlәrindәn Ermәnistan SSR-ә gәlәn xarici ölkәlәrin ermәnilәrinin yerlәşdirilmәsi üçün istifadә etmәsinә icazә verilsin.

SSRİ Nazirlәr Sovetinin sәdri İ. Stalin.

SSRİ Nazirlәr Sovetinin İşlәr müdiri A. Çadayev.

Mənbə: http://www.azerbaijan.az/portal/Karabakh/Documents/documents_a.html