İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü (3.12.1996)

Lissabon, 3 dekabr 1996 - cı il əlavə 1

ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı

Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi.

Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır:

-Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

-Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

-bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlü­kəsizliyi.

Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.

Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.

Mənbə:http://www.azerbaijan.az/portal/Karabakh/Documents/documents_a.html

          http://www.osce.org/docs/english/1990-1999/summits/lisbo96e.htm