İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı

Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanmış, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama 2 Əlavə təsdiq edilmişdir.

-Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən dövrdə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 müşavirə, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox həmçinin qaçqın və məcburi köçkünlərlə 30 görüş keçirilmişdir.

- Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılmışdır.

- 16 min ailəyə sosial yardım verilmişdir.

- Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə çoxalmışdır.

- 64,4 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur.

- Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilir.

- Son 10 ildə dövlət ali məktəblərində ödənişli əsalarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.

- Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür.

-Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur.

-Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən məcburi köçkünlər üçün yeni qəsəbələr və yaşayış kopleksləri salınmışdır

 

-30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılmışdır. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

-Həmin yaşayış komplekslərinə çadır düşərgələrində, yük vaqonlarında, fin tipli qəsəbələrdə, məktəblərdə yataqxanalarda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və ya 110 min nəfər məcburi köçkün köçürülmüşdür.

-Yeni yaşayış komplekslərindən 17-si Ağdam, 17-si Füzuli, 11-i Biləsuvar, 6-sı Goranboy, 3-ü Ağcabədi rayonu ərazisində inşa edilmişdir.

-Məcburi köçkünlərin məskunlaşdığı 7 çadır düşərgəsi və 12 fin tipli qəsəbə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ləğv edilmişdir.

-Son 10 ildə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondunun və digər mənbələrdən 1 milyard 546.9 milyon manat vəsait sərf olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrində mədəniyyət müəssisələri və istirahət mərkəzləri yaradılmışdır

 

-Goranboy, Biləsuvar, Sabunçu, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları yeni qəsəbələrdə 6 musiqi məktəbi tikilb istifadəyə verilmişdir.

-Məcbur köçkün qəsəbələrində və yaşayış komplekslərində 32 klub-icma mərkəzi yaradılmışdır.

-Abşeron, Qaradağ, Şəki, Biləsuvar, Ağcabədi, Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə parklar və istirahət mərkəzləri istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir

 

- 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunmuşdur.

-Fermer təsərrüfatlarında çalışan məcburi köçkünlər üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 50 min hektar torpaq sahəsi ayrılmışdır.

- Yeni qəsəbə və yaşayış komplekslərinin inşası zamanı 70 min nəfərdən çox məcburi köçkün tikinti işlərinə cəlb edilmişdir.

- 1654 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 23,9 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 3 investisiya layihəsinə 9,3 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

- Füzuli rayonunda 5 min tonluq soyuducu anbar tikilib isyifadəyə verilmişdir.

-Dünya Bankı və Azərbaycan Höküməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,66 miyon manat məbləğində mikrokredit verilmişdir.

-Aqroservis müəssisələri yaradılmış, fermer təsərrüfatları yanacaq, gübrə, toxum və kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məcburi köçkün qəsəbələrinin enerji, qaz, su və rabitə təminatı yüksək səviyyədə təşkil edilmişdir

 -Məcburi köçkün qəsəbələrində və yaşayış komplekslərində 644 kilometr su, 1059 kilometr elektrik, 310 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş və 8 yanğınsöndürmə deposu tikilmişdir.

-Beyləqan, Ağdam və Füzuli rayonlarının ərazisindəki məcburi köçkün qəsəbələrinin və bu rayonlarla bərabər ətraf 7 rayonu dayanıqlı enerji ilə təmin etmək üçün 2007-ci ildə Ağcabədidə 280 meqavat gücündə ən böyük elektrik yarımstansiyası istismara verilmiş, 581 transformator quraşdırılmışdır.

- Füzuli rayon ərazisində 5 min meqavat gücündə su elektrik stansiyası tikilib işə salınmışdır.

- Ağcabədi rayonunun Taxtakörpü ərazisində modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir.

- Yeni salınmış qəsəbə və yaşayış komplekslərinin hamısı qazlaşdırılmışdır.

- Yeni qəsəbələrdə əhalini içməli su ilə təmin etmək üçün 200 subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2006-cı ildə Füzuli rayonu ərazisində Yuxarı Mil kanalının 4 kilometrlik hissəsi, həmçinin Qarqarçay-Laçın Qışlaqları kanalının 8 kilometrlik hissəsinin tikilməsi nəticəsində əkin sahələrinin suvarma suyuna tələbatı tam ödənilmişdir.

-Məcburi köçkün qəsəbələrində və yaşayış komplekslərində əhaliyə 27 rabitə evi xidmət göstərir.

Mənbə:

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Qaçqınlara və Məcburi Köçkünlərə Dövlət Qayğısı kitabı 2003-2013