İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində beynəlxalq hüquqi məsuliyyətinin bəzi məsələləri

Giriş

Müasir dövlətlərarası münasibətlər sistemdə sülh və təhlükəsizliyin təmin olunması, qarşıdur­maların və silahlı münaqişələrin aradan qaldırılması, ərazitoxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququnprioritetlərindən hesab olunur. Qlobal anlamda bəşəriyyət üçün xüsusitəhlükəli hesab olunan belə əməllərə bəzən müxtəlif siyasi “arqumentlərlə” bəraət qazandırılır, habelə universal və regional təşkilatlar səviyyəsində transmillicinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinə laqeydmünasibət bəslənilir. Elə bu səbəbdən də, müasir dünyada silahlı toqquşmalarıdoğuran elementlər, dövlətlərarası münaqişələrin yaranmasının başlıca səbəbiolan ərazi işğalı, müharibə və insanlıq əleyhinə cinayətlər, soyqırımı faktları,dövlət suverenliyinə və siyasi müstəqilliyə qəsdlər artmaqda davam edir. Bugün beynəlxalq sistemdəki harmoniyanı sarsıdan belə əməllər sırasında özününxarakter və təhlükəlilik dərəcəsinə görə yalnız bir və ya bir neçə dövlətin deyil,bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və ümumi sülhün qorunub saxlanmasınatəhdid kimi dəyərləndirilən beynəlxalq cinayətlərdən biri də təcavüzdür.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin səylərinəticəsində Azərbaycan dövlətçiliynə və ərazi bütövlüyünə yönəldilən hərbitəcavüzə qarşı beynəlxalq mübarizənin formalaşdırılmasına başlanılmışdır.Ermənistanın həmin cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılmasıilə bağlı strategiya bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davametdirilir. Müasir dövrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü vəsiyasi müstəqilliyinə qarşı bir sıra qlobal və regional təhlükələrin mövcudluğunabaxmayaraq, Ermənistanın təcavüzü mili dövlətçiliyimiz real xaricitəhdidlərdən biri hesab edilir və məsələyə cinayət hüququ müstəvisindənyanaşma olduqca zəruridir. Xüsusilə, ölkə Prezidentinin 27 dekabr 2011-ci iltarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqvə azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması üzrə Milli Fəaliyyət Proqramına [1] müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvişəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədənisərvətlərinin dağıdılması faktlarını dünya ictimaiyyətinə çatdırılması və onlaradəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə təcavüzcinayəti ilə bağlı beynəlxalq hüquqi məsuliyyət məsələlərinin diqqətdə sax­lanılması olduqca zəruridir.

Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ilk növbədə insan hüquqlarının müdafiəsi baxımından zəruri hesab olunmalıdır. Hazırda qeyd olunan problemlə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baş verən hüquqi proseslərdə ölkəmizin xeyrinə mühüm irəliləyişlər müşahidə

edilməkdədir. Məsələn, Avropa Məhkəməsinin Böyük Palatası Azərbaycan vətəndaşları - Laçın rayonundan məcburi köçkün olan 6 nəfərin şikayətinin icraata qəbul edilməsi barədə qərar vermişdir [2]. Bu isə Laçın rayonundan olan şəxslərin hüquqlarının pozulmasına görə Ermənistanın

beynəlxalq hüquqi məsuliyyət daşımasının məhkəmə tərəfindən etirafı deməkdir. Çünki, təcavüz cinayətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması birbaşa müasir beynəlxalq hüququn tələbidir və həmin cinayətin mövcudluğu nə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, nə demokratiyanın davamlı inkişafına, nə də getdikcə aktuallaşan qloballaşma və inteqrasiya proseslərinin genişləndirilməsinə imkan verir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “müharibə, təcavüz, təcavüzkar, müharibələrin başlanması və qurtarması, qələbə, məğlubiyyət, zərər, müharibə meydanı, döyüş əməliyyatları meydanı, strateji tərəfdaşlıq, təzminat və s. anlayışlar artıq qloballaşan dünyada fərqli görüntüdə təqdim olunacaqdır” [3, 15].

 

Təcavüz və bu cinayətə görə məsuliyyət məsələsi beynəlxalq hüquqi problem kimi

 

Təcavüz ilk növbədə müasir beynəlxalq hüququn əsas norma və prinsiplərini pozan, dövlətlərarası münasibətlərə mənfi təsir göstərən transmilli cinayət, hüquq pozuntusu olmaqla yanaşı, daha çox siyasi-hüquqi xarakteri ilə diqqəti cəlb edir. Beynəlxalq cinayət olaraq onun “statusu”, dövlətlərarası razılıq əsasında hamılıqla qəbul edilən anlayışı və bu cinayətə görə məsuliyyət məsələsi siyasi motivlər üzündən hələ də öz həllini tapmamışdır.

Müasir beynəlxalq hüquqa əsasən, sülh və bəşəriyyət əleyhinə yönələn bu cinayət BMT Nizamnaməsi ilə bir araya sığmayan davranış qismində tanınır. Başqa dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə qarşı hər hansı real gücün tətbiq olunmasını özündə ehtiva etməsinə baxmayaraq, hazırda dünyada mövcud olan çoxsaylı təcavüz, birbaşa silahlı hücum və digər sülh və bəşəriyyət əleyhinə cinayət faktları hələ də BMT Təhlükəsizlik Şurası və digər səlahiyyətli beynəlxalq təsisatlar tərəfindən özünün dəqiq hüquqi qiymətini almamışdır. Hüquq elmləri doktoru R.Məmmədov müasir beynəlxalq münasibətlər praktikasında Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı törədilən təcavüzkar hərəkətləri və müharibə cinayətlərini bunun ən bariz nümunəsi kimi qeyd edir. [9, 9].

Qeyd olunduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı törədiləntəcavüz cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət məsələsi hələ də açıq qalmaqdadır. Unikal tərkib olduğu üçün beynəlxalq hüquqda təcavüzə görə məsuliyyət məsələsi siyasi hüqüq, cinayət hüququ və mülki hüquq kontekstdə qoyula bilər. Bəzi müəlliflərin fikrincə, təcavüzə görə cinayət məsuliyyəti barədə məsələ müasir beynəlxalq hüquqda mübahisəsizdir [16, 239]. Beynəlxalq hüquqda təcavüzkar müharibənin qadağan olunması, güc tətbiq etməmək prinsiplərinin yaranması dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti institutunda köklü dəyişikliklər etmişdir [13, 474]. Hazırda beynəlxalq hüquq pozuntuları beynəlxalq deliktlərə və beynəlxalq cinayətlərə bölünür. Təcavüz əməlləri də beynəlxalq cinayətlər kateqoriyasına aid edilərək, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozan, beynəlxalq münasibətlər sisteminə neqativ təsiri ilə xarakterizə olunan xüsusilə təhlükəli pozuntu kimi dəyərləndirilir. Təcavüzə görə həm dovlət, həm də fərdi məsuliyyət prinsipi nəzərdən keçirilməlidir. Törədilən beynəlxalq hüquqi zərərin xarakterinə müvafiq olaraq, müasir beynəlxalq hüquqda məsuliyyətin maddi və qeyrimaddi (siyasi) növləri fərqləndirilir [4, 104]. Təcavüzə münasibətdə isə siyasi və maddi məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də yaranacaqdır.

Məlum olduğu kimi, beynəlxalq hüquqi məsuliyyət iki əsas elementlə şərtləndirilir: Obyektiv – beynəlxalq hüquq normalarının pozulması və subyektiv – konkret dövlətin bu pozuntunu öz üzərinə götürməsi, yəni həmin pozuntuya görə məsuliyyət daşıdığını etiraf etməsi. Təqsirin dövlətin üzərinə qoyulması haqqında müddəa beynəlxalq hüquqi doktrinada geniş tanınır. Rus hüquqşünas alimi V.A.Vasilenko “dövlətin təqsiri” anlayışına belə yanaşır: “Dövlətin təqsiri – hüquq pozuntusu törədən dövlətin onun orqanlarının qeyri-hüquqi fəaliyyətlərində təzahür edən və hüquqa uyğun olmayan iradənin ifadəsidir” [6, 236]. Umumiyyətlə, dövlətlətlərin məsuliyyəti beynəlxalq hüquqda “beynəlxalq cinayət” anlayışının meydana gəlməsi ilə yanaşı, ixtisaslaşdırılmış ədəbiyyatda “dövlətlərin cinayət məsuliyyəti” konsepsiyası da geniş yayılmğa başladı. Bu konsepsiyanı Rumıniya professor V.Pella kəskin surətdə müdafiə edirdi. Onun fikrincə, hüquqi şəxslər insane iradəsinə uyğun fəaliyyət göstərən və onunla əlaqəli absurd qurum hesab olunduğu halda, dövlət özündə xalqı ehtiva edir, xalqın mövcudluğu isə fərdin iradəsindən asılı deyildir. Dövlət xalqın qrup iradəsini həyata keçirir. Əgər bu iradə cinayətkar xarakter daşıyırsa, o zaman məsuliyyəti dövlət və xalq daşımalıdır. A.N.Trayninin fikrincə isə, maddi cinayət hüququnun “təqsir”, “anlaqlılıq”, “cinayətin torədilmə mərhələsi”, “iştirakçılıq”, “cəza” kimi anlayışlarını dövlətə aid edilməməlidir. Dövlət anlaqlı və ya anlaqsız vəziyyətdə, müttəhimlər kürsüsündə, barmaqlıqlar arasında ola bilməz. Dövlətlərin cinayət məsuliyyəti konsepsiyasının əleyhidarlarının irəli sürdükləri tezisə əsasən, bu məsuliyyət tanınarsa, “bütün hüquqi nəticələrin ağırlığı təqsirkarların deyil, bütün əhalinin üzərinə düşəcəkdir. Bu zaman cinayət xarakterli fəaliyyətə görə xalq məsuliyyət daşımalıdır”[10, 268].

Təbii ki, beynəlxalq hüquqda «təqsir» anlayışı spesifik xüsusiyyətə malikdir və milli hüquqdakı xarakterindən əhəmiyyətli dərəcədə fərqlənir. «Fiziki şəxslərin təqsiri» anlayışından fərqli olaraq, suveren siyasi təşkilat olan dövlətin təqsiri onun fəaliyyət və fəaliyyətsizliyi nəticəsində beynəlxalq məsuliyyət yaradan, siyasi məqsədləri əks etdirən siyasi aktdır. Əgər, fiziki şəxslərin təqsiri onların psixoloji xüsusiyyətləri ilə müəyyən olunan fərdi iradəsini ifadə edirsə, dövlətlərin təqsiri siyasətinin məqsəd və prinsiplərini əsas götürən iradənin inkasıdır. Qeyd edək ki, beynəlxalq hüquqda təcavüzə görə dövlətin və fərdin məsuliyyəti məsələsi praktiki mahiyyət kəsb edən problemdir. BMT Baş Assambleyasının “Təcavüzün tərifi” haqqında 1974 - cü il tarixli Qətnaməsinə əsasən, təcavüzə görə dövlət məsuliyyəti təsbit olunsa da, fərdi məsuliyyət məsələsi öz həllini tapmamışdı. Ötən əsrin 50-ci illərindən 1996-cı ilədək Beynəlxalq Hüquq Komissiyası təcavüzə görə fərdi cinayət məsuliyyəti məsələsini müəyyənləşdirməyə cəhd etsə də, lakin bu fəaliyyət nəticəsiz qalmışdı [14, 8]. P.M.Kurisin bu qənaətdədir ki, “bəşəriyyət əleyhinə cinayətlərin xüsusi ictimai təhlükəliliyi özünəməxsus hüquqi situasiyanın yaranmasına səbəb olur. Belə ki, bu həm beynəlxalq cinayət olaraq dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti, həm də bəşəriyyət əleyhinə cinayət qismində onun təşkilatçısı və icraçısı olmuş fiziki şəxslərin cinayət məsuliyyəti ilə nəticələnir” [7, 126].

Benəlxalq hüquq pozuntusuna görə dövlət məsuliyyətinin əsasları “Dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi”nin 3-cü maddəsində nəzərdə tutulmuşdur. Orada qeyd olunur ki, dövlətin hərəkəti beynəlxalq hüquqla nəzərdə tutulduğu və dövlətin beynəlxalq öhdəliyinin pozulmasını təşkil etdiyi halda məsuliyyət yaradacaqdır [17]. Həmin sənədə əsasən, beynəlxalq hüquq dövlətə, onun bu və ya digər strukturlarından, orqanlarından, onlar arasında səlahiyyət bölgüsündən asılı olmayaraq bütöv anlayış kimi yanaşır. Beləliklə, təcavüz cinayətinin törədilməsində dövlətin təqsiri fərdlərdə olduğu kimi, psixoloji mahiyyət daşımır, sosial-siyasi anlamda dərk edilir. Beynəlxalq cinayət kimi təcavüzün xarakterik elementlərindən biri də dövlətin fəaliyyətində əvvəlcədən düşünülümüş təcavüzkar niyyəti (animus aggressionis) özündə ehtiva edən edən qəsddir. Nəticədə, əgər dövlətin təcavüz aktı törətmək niyyəti yoxdursa, o zaman təcavüz aktı da olmayacaqdır. Yəni, buradan belə nəticə çıxarmaq olar ki, təcavüz yalnız qəsdən törədilə bilər, bu cinayət təqsirin ehtiyatsızlıq növünü tanımır və belə formada bu cinayət tərkibi yarana bilməz.

Beynəlxalq hüquqda təcavüzə görə siyasi məsuliyyət hüdudlarının dəqiq müəyyən olunması sülhün və beynəlxalq tarazlığın qorunub saxlanması üçün mühüm şərtdir. Dövlətin siyasi-hüquqi təbiəti beynəlxalq hüquqi məsuliyyətin xarakterik xüsusiyyətlərini də müəyyən edir. Professor Y.M.Rıbakov yazırdı: “Müharibədə tərəflərin bərabərliyi əvəzinə, silahlı münaqişəni başlayan, yəni bu ağır beynəlxalq hüquq pozuntusunu törədən tərəf «təcavüzkar dövlət» kimi tanınmağa başladı, hücuma məruz qalan dövlət isə «təcavüzün qurbanı » hesab olundu” [12, 162]. Bununla əlaqədar olaraq, tərəflərin müharibədə iştirakının hüquqi nəticələri ilə bağlı tamamilə yeni bir məsələ yaranır. Müasir beynəlxalq hüquqda təcavüzə görə məsuliyyət hüquq pozuntusu törətmiş dövlət (müharibədə qalib və ya məğlub olmasından asılı olmayaraq) daşıyır. Qələbə heç bir imtiyaz və üstünlüyün yaranmasına səbəb ola bilməz. Başqa sözlə, əvvəllər mövcud olan “qalib dövlətin hüququ” formulu bu gün artıq “təcavüzə görə beynəlxalq hüquqi məsuliyyət” formulu ilə əvəz olunmuşdur.

Təcavüzə görə maddi məsuliyyət isə bu beynəlxalq hüquqazidd davranışın nəticəsi olaraq vurulan maddi ziyanla bağlı öhdəliyin yaranmasında ifadə olunur. Tam həcmdə bunu restitusiya formasında - yəni hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpası və ya reparasiya - belə fəaliyyətin nəticəsində dəyən zərərin pul və ya kompensasiya şəklində ödənilməsi ilə həyata keçirmək olar. Beynəlxalq hüquqda restitusiyanın iki növü fərqləndirlilir:

1) Restitutio in pristinum - restorasiya adlandırılan bu növ zərərçəkən dövlətin qeyri-maddi hüquqlarının bərpasını özündə ifadə edir. Məsələn, işğalın dayandırılması, qeyri-qanuni saxlanılan şəxslərin azad olunması, qanunverici və icra orqanları aktlarının, sərəncamlarının ləğv olunması, həmçinin, zərərçəkən dövlət əleyhinə çıxarılan məhkəmə qərarının ləğvi.

2) Restitutio in integrum - xüsusi restitusiya olub, hüquq pozuntusu törədən dövlət tərəfindən vurulan maddi zərərin natura formasında ödənilməsidir. Məsələn, təcavüzkar dövlət tərəfindən qanunsuz olaraq götürülən sənət əsərlərinin geri qaytarılması. Restitusiya ilə yanaşı reparasiya maddi ödəmənin natura formasında mümkün olmadığı hallarda tətbiq olunur. Məsuliyyətin reparasiya konsepsiyasının tərəfdarları dövlətin maddi məsuliyyət formasını ifadə etmək üçün “kompensasiya” terminindən istifadə edirlər. Təcavüz zamanı hüquq pozuntusu törədən dövlətin üzərinə təcavüz qurbanı olan dövlətə vurulan maddi ziyanın ödənilməsinin mümkün maksimal öhdəliyi qoyulur. Buna hərbi restitusiya yolu ilə nail olunur. Yəni, təcavüzkar dövlətin ələ keçirdiyi bütün əmlakın qaytarılması və hərbi reparasiya – yəni zərərçəkən dövlətin milli iqtisadiyyatının bərpası üçün zəruri olan maliyyə ödəmələri, maddi vəsaitlərin verilməsi, malların tədarükü, xidmətlərin göstərilməsi və s. deməkdir [13, 327].

Müasir beynəlxalq hüquqda digər hüquq pozuntularında olduğu kimi təcavüzə görə də məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. İraqa dair BMT TŞ-nın 29 oktyabr 1990-cı il tarixli 674 saylı qətnaməsində bu özünün rəsmi ifadəsini tapmışdır. Avstriya alimləri B.Qrefrat və M.Mohr bununla əlaqədar öhdəliklərin praktiki müəyyən olunma texnologiyasının BMT Təhlükəsizlik Şurasına həvalə edilməsini təklif edirlər: “Restitusiya və reparasiya öhdəliyi və onların həcmi Təhlükəsizlik Şurasının qərarı ilə müəyyən oluna bilər” [15, 121]. Təcavüz aktının bu və ya digərformasına görə təcavüzkar dövlət BMT Təhlükəsizlik Şurası qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə Təhlükəsizlik Şurasına təcavüzkar haqqında məcburi tədbirlərin görül­məsi səlahiyyətini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiq­ləyən faktlar sözügedən ölkənin keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə hüquqi əsas verir. Lakin təəssüf ki, BMT Təhlükəsizlik Şurası hələ də təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün konkret addımlar atmamışdır.

Təcavüz cinayətinin ictimai təhlükəliliyini, onun inkişaf tendensiyasını nəzərə alaraq, hüquq pozuntusu törətmiş dövlətin məsuliyyəti müxtəlif formalarda və onun suverenliyinin məhdudlaşdırılması qismində həyata keçirilə bilər. Belə məhdudiyyət formalarından biri hüquq pozuntusu törətmiş dövlətin milli hüququna zidd olaraq, təqsirkar şəxslərin beynəlxalq hüquqa uyğun məsuliyyət daşımasıdır [11,109]. Digər bir yardımçı forma kimi, beynəlxalq nəzarətin həyata keçirilməsi subyektlərin davranışlarının koordinasiyası, faktların aşkar olunması baxımından səmərəli hesab oluna bilər. Cünki, nəzarətin birinci funksiyası hüquqpozma faktının aşkar olunmasıdırsa, onun ikinci funksiyası hüquq pozucusunun beynəlxalq hüquqi göstərişlərə riayət etməyə məcbur edilməsidir. Fikrimizcə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı faktların aşkarlanması və hüquq pozucusunun beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq nəzarətin tətbiqi zəruri əhəmiyyətə malikdir.

Təcavüzkar dovlətin siyasi məsuliyyətinin formaları onun suverenliyinə və hüquq qabiliyyətinə müxtəlif istiqamətli müvəqqəti məhdudiyyətlər qoyulması ilə yanaşı, delikvent dövlətin qanunvericilik, icra və məhkəmə orqanlarının preroqativlərinin müvəqqəti dayandırılması və məhdudiyyət qoyulması, siyasi sistemin ayrıca elementlərinin yenidən təşkili və dövlətin təcavüz cinayəti törətməsində iştirakı olan ictimai institutların ləğv edilməsi, silahlı qüvvələrin, sənayenin ixtisar edilməsi üzrə tədbirlərin görülməsi, sülh və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsində təqsirli bilinən fiziki şəxslərin məsuliyyəti haqqında məsələlər üzrə yurisdiksiyaya məhdudiyyət qoyulması və s. ilə ola bilər. Təcavüzkar dövlət olaraq, Ermənistana qarşı siyasi məsuliyyətin qeyd olunan bütün formalarının beynəlxalq və regional təşkilatlar tərəfindən əsaslandırılmış tətbiqi mümkündür. Məsələn, AŞ PA-da Ermənistanın Metsamor AES-nin bağlanmasına dair Azərbaycanın qaldırdığı məsələsi beynəlxalq və regional təhlükəsizlik baxımından çox haqlı tələbdir.

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində əks-tədbirlərin və sanksiyaların tətbiqi

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində məsuliyyət problem ilə bağlı maraqlı məqamlardan biri də beynəlxalq hüquqda xüsusi əhəmiyyətkəsb edən əks-tədbirlərin və sanksiyaların tətbiqi məsələsidir. Beynəlxalq hüquqda əks tədbirlər yalnız hər hansı bir dövlətin hüquqazidd hərəkətləri nəticəsində tətbiq oluna bilər və belə tədbirlər qarşı tərəf üçün cəza xarakteri daşımır. Əkstədbirlər hüquq pozuntusu törədən dövlətə qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə cəmləşdirir. Beynəlxalq hüquq bəzi pozuntulara görə əks-tədbirlərin tətbiq olunmadığı bir sıra öhdəliklər müəyyən edir. Buraya imperativ normalardan irəli gələn öhdəliklər, ilk növbədə güc tətbiq etməmək prinsipi aiddir və yalnız özünümüdafiə halları istisna oluna bilər. Çünki, bu prinsip bütün hallarda güc tətbiqi və güclə hədələməni, o cümlədən, əks-tədbirlərin tətbiqini qadağan edir. Ermənistanın təcavüz hərəkətlərinə qarşı Azərbaycanın əks-tədbirləri yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər. Bu zaman əks-tədbirlər hüquq pozuntusu törədən Ermənistana qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə əks etdirir.

Professor İ.Lukaşukun qeyd etdiyi kimi, “zərərçəkən dövlətin hüquq pozuntusuna görə beynəlxalq hüquqi məsuliyyət daşıyan dövlətə qarşı ona həvalə olunan öhdəlikləri yerinə yetirməyə vadar etmək məqsədilə tətbiq etdiyi tədbirlər” [8, 79.] qismində çıxış edəcəkdir. Hüquq üzrə fəlsəfə doktoru V. İbayev bildirir ki, əks tədbirlər insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması müəyyən edildiyi hallarda bu hüquqların kollektiv müdafiəsinin təmininatına yönəlir [4, 221.]. Bu mənada, Azərbaycanın tam hüquqlu üzvü olduğu universal və regional təşkilatlar çərçivəsində Dağlıq Qarabağda kütləvi insan hüquqları pozuntusu törətmiş Ermənistana qarşı belə əks-tədbirlərin kollektiv surətdə tətbiq etməsi mümkündür. Yuxarıda qeyd olunduğu kimi, dövlətin hüquqazidd hərəkətlərinin nəticəsində əks-tədbirlər yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər. Bu zaman özünümüdafiə hüququnu reallaşdıran dövlətin beynəlxalq hüquqi məsuliyyəti istisna olunur.

İndiki şəraitdə Azərbaycan Respublikasının Ermənistanın silahlı təcavüzündən özünü müdafiə etmək hüququ müasir beynəlxalq hüquqlda yol verilən real imkan hesab olunur.

Ölkəmiz özünümüdafiə hüququndan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən həm fərdi, həm də kollektiv şəkildə - digər maraqlı dövlətlərlə birgə və ya onların yardımından istifadə etməklə yararlana bilər. Bu kontekstdə Azərbaycan üçün xüsusilə kollektiv özünümüdafiənin seçilməsini daha məqsədəuyğun hesab edirik. Çünki, Ermənistanın təcavüz hərəkətlərinin kriminal nəticələri təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz regionun və Avropaya inteqrasiya proseslərində maraqlı olan ölkələrin mənafelərinə toxunaraq, digər dövlətlərin də siyasi və iqtisadi təhlükəsizlik maraqlarını pozmuşdur. Digər tərəfdən, Azərbaycan üçün beynəlxalq hüququn imkan verdiyi və hazırki geosiyasi maraqlar prizmasından aktual hesab olunan ən məqbul həll variantlarından biri - antiterror əməliyyatlarının aparılması da əhəmiyyətli ola bilər.

Bununla yanaşı qeyd etmək lazımdır ki, hüquq pozuntusu törətmiş dövlətin məsuliyyət forması qismində bəzən beynəlxalq hüquqi sanksiyaların və əks-tədbirlərin nəzərdən keçirilməsi məqbul hesab olunmur. Müasir beynəlxalq hüquqda məsuliyyətin reallaşmasının iki əsas üsulu mövcuddur. Onlardan birincisi könüllü və ya konsensus xarakterli məsuliyyətdir. Bu zaman hüquq pozuntusu törədən dövlət vurulan zərərin ödənilməsinə könüllü olaraq razılaşır və bu barədə ümumi rəy əldə olunur. İkinci halda isə sanksiya və əks-tədbirlər formasında məcburiyyət vasitələrindən istifadə edilir. Professor

İ.Lukaşukun verdiyi tərifə görə, «sanksiya» dedikdə, hüquq pozuntusu törədən subyektə qarşı beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə aid olan hüquq münasibətindən irəli gələn öhdəliyin yerinə yetirilməsi məqsədilə tətbiq olunan məcburiyyət tədbirləri nəzərdə tutulur [8, 218]. Problemə diqqət çəkən Y. Rıbakov xüsusi olaraq qeyd edir ki, beynəlxalq hüquqi sanksiyalar məsələsinə ilk növbədə dövlətlərin təcavüzə və digər ağır beynəlxalq cinayətlərə, eləcə də bütövlükdə beynəlxalq təhlükəsizlik problemlərinə münasibətdə dövlətin beynəlxalq məsuliyyətinin mühüm aspektlərindən biri kimi baxılmalıdır [13,125]. Eyni zamanda, professor P.Biryukov «sanksiya» anlayışına “hüquq pozuntusu törətmiş dövlətin məsuliyyətini təmin edən və pozulmuş hüquqların bərpası məqsədilə beynəlxalq hüquq subyektləri tərəfindən hüquq pozuntusuna cavab olaraq prosesual formada tətbiq olunan həm silahlı, həm də dinc xarakterə malik məcburiyyət tədbiri” [5,108]. kimi yozum verir. Klassik beynəlxalq hüquqda “sanksiya” termini bir qayda olaraq, «sadə öhdəlik» və ya «təminetmə çərçivəsindən kənara çıxmayan məsuliyyətin formalarını» ifadə edirdi. Əslində, bu terminin beynəlxalq hüquq pozuntusuna cavab olaraq, tətbiq olunan məcburiyyət tədbirləri mənasında istifadəsi təcavüzkar müharibə cinayəti prinsipinin formalaşmağa başladığı dövrə təsadüf edir. Bu dövrdə Millətlər Cəmiyyəti tədricən məcburiyyət tətbiqetmə səlahiyyətlərinə malik olan beynəlxalq təşkilat qismində fəaliyyət göstərməyə başlayırdı. MC nin qətnamə və hesabatlarında “sanksiya” termini onun Nizamnaməsinin 16- cı maddəsində nəzərdə tutulan məcburiyyət tədbirlərini nəzərdə tuturdu.

«Beynəlxalq hüquqi sanksiyan» anlayışı qeyri-adi dərəcədə geniş təfsir edilir. Ən ağır beynəlxalq hüquq pozuntularına görə dövlətin cinayət məsuliyyəti ideyasını müdafiə edən bəzi hüquqşünaslar bu məcburiyyət tədbirlərinə sadə əvəzçıxma çərçivəsini aşdığı və mərkəzləşdirilmiş qaydada tətbiq olunduğu üçün hüquq pozuntusu törətmiş dövlətin xüsusi məsuliyyət forması kimi, daha doğrusu, məsuliyyətin ənənəvi formalarından müəyyən mənada fərqli tərzdə yanaşmağa başladılar. Məsuliyyətin reparasiya nəzəriyyəsinə görə, sanksiya tətbiqinin mütləq şərti delikvent dövlətin onun qeyri-hüquqi hərəkətinin nəticəsi olaraq vurulan ziyanın könüllü ödənilməsinə münasibətdə niyyətinin aydınlaşdırılmasıdır. Lakin, təcavüzkar dövlətin niyyəti və ya onun iradə aktı bu dövlətin təcavüzə görə məsliyyət formasının müəyyən olunması üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir.[7, 151].

Müasir beynəlxalq hüquqda «sanksiya» adı altında ilk növbədə təcavüz və ya hər hansı ağır beynəlxalq hüquq pozuntusu törədən dövlətə münasibətdəvə beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasına yönələn BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq, tətbiq olunan məcburiyyət tədbirləri başa düşülür. Beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması və bərpası məqsədilə BMT Nizamnaməsi beynəlxalq sanksiyaların iki növünü müəyyən edir: Silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyalar (maddə 41) və hərbi sanksiyalar (maddə 42). Beynəlxalq sanksiyaların hər iki növü BMT üzvü olan dövlətlər üçün məcburi xarakter daşıyır. Silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyalara iqtisadi münasibətlərin, dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər informasiya vasitələrinin və əlaqələrinin tam və ya qismən dayandırılması, eləcə də, diplomatic münasibətlərin kəsilməsi (BMT Nizamnaməsinin 41-ci maddəsi) aiddir. Hərbi sanksiyalar isə BMT Nizamnaməsinin 42-ci maddəsində nəzərdə tutulmuşdur. Orada qeyd olunur ki, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulan tədbirlər kifayət etmir, bu zaman onun hava, dəniz və quru qüvvələrindən istifadə edərək əməliyyatlar həyata keçirmək səlahiyyəti vardır. Belə əməliyyatlara güc nümayişi, blokadalar, hərbi, dəniz və ya quru qüvvələrinin digər əməliyyatları aid edilə bilər.

 

Nəticə

Beləliklə, Ermənistanın hərbi təcavüzünə görə həm dovlət, həm də, fərdi məsuliyyət prinsipi nəzərdən keçirilməlidir. Fikrimizcə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü probleminin həllinin bütün parametrləri yalnız beynəlxalq hüququn imkan verdiyi hüdudlarda reallaşmalıdır. Digər beynəlxalq hüquq pozuntularında olduğu kimi, bu təcavüzdə də məsuliyyət restitusiya və reparasiya formasında yaranacaqdır. Ermənistana qarşı əks-tədbirlər özünümüdafiə məqsədilə tətbiq oluna bilər. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması və bərpası məqsədilə BMT Nizamnaməsinə uyğun olaraq, təcavüzə görə beynəlxalq sanksiyaların yuxarıda qeyd etdiyimiz iki növünün - 41-ci maddəyə müvafiq olaraq, silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyaların və 42-ci maddəyə uyğun olaraq, hərbi sanksiyaların tətbiqi məqbuldur. Azərbaycana qarşı təcavüz nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktını və onlara dəymiş zərərin ödənilməsi zərurətini nəzərə alaraq, insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz cinayətinin qarşısının alınması, məsələnin beynəlxalq təşkilatlar çərçivəsdində praktik həlli və bu əmələ görə Ermənistan dövlətinin siyasi və maddi, təqsirkar şəxslərin isə cinayət məsuliyyətinə cəlb olunması birbaşa müasir beynəlxalq hüququn tələbi kimi çıxış edir. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Dağlıq Qarabağda baş verən transmilli cinayətlərin əhatə dairəsi o qədər genişdir ki, Azərbaycan Respublikasının dövlət və onun ayrı-ayrı vətəndaşlarının maraqlarının təmin olunmasına beynəlxalq hüquqi yanaşma da özünün müxtəlifliyi ilə diqqəti cəlb edir. Dağlıq Qarabağda və onun ətraf rayonlarında baş verən faktlara münasibətdə – təcavüzə görə kollektiv və fərdi özünümüdafiə, vətəndaşların hüquq və azadlıqlarının pozulmasına qarşı hümanitar müdaxilə və əks tədbirlər, terror aktlarının baş verməsinə və belə fəaliyyətə Ermənistanın dövlət dəstəyi verilməsinə görə antiterror əməliyyatlarının aparılmasına beynəlxalq hüquq tam qanuni əsaslarla imkan yaradır. Özünü­müda­fiə­nin hər hansı vasitəsinin seçilməsi isə ərazi bütövlüyünün bərpası baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən əsas amillərdən biri kimi çıxış edir. Azərbaycan dövlətinin geniş mənada özünümüdafiə hüququ yuxarıda qeyd olunan hər üç halda BMT Nizamnaməsinə və qüvvədə olan mövcud konvensiyalara uyğun olaraq yaranır. BMT Nizamnaməsinin 51-ci maddəsi üzv-dövlətə qarşı silahlı hücumun olduğu və TŞ-nın sülhün və təhlükəziliyin müdafiəsi naminə hər hansı zəruri tədbirin həyata keçirmədiyi halda fərdi və kollektiv özünümüdafiə hüququnu istisna etmir. Nizamnamə heç bir halda Azərbaycan Respublikasının fərdi və kollektiv özünümüdafiə hüququna xələl gətirmir və bu istiqamətdə heç bir hüquqi maneə mövcud deyildir. Yəni, silahlı təcavüzə məruz qalan Azərbaycan özünümüdafiə hüququndan təkbaşına istifadə edə biləcəyi kimi, digər dövlətlərlə birgə və ya onların yardımından istifadə etmək imkanlarına da malikdir. Hesab edirik ki, Azərbaycan üçün kollektiv özünümüdafiənin seçilməsi daha məqsəduyğun olardı. Birincisi, ona görə ki, Ermənistanın təcavüz hərəkətlərinin kriminal nəticələri təkcə ölkəmizin deyil, regionun digər dövlətlərinin də maraqlarını pozmuşdur. İkincisi, Türkiyənin 2008-ci ilin əvvəllərində Şimali İraqa daxil olması bir daha sübut etdi ki, təkbaşına özünümüdafiə və antiterror əməliyyatları bəzən son məqsədin əldə olunmasına qədər beynəlxalq ictimaiyyətin məsələyə qarışması ilə nəticələnir. Kollektiv əməliyyatlarda isə belə vəziyyətlərin yaranma ehtimalı çox azdır. Üçüncüsu isə, fərdi əməliyatlarda təcavüzün “beynəlxalq təhlükəlilik dərəcəsini”, eləcə də, universal mənada sülh və təhlükəsizlik üçün təhlükə olduğunu beynəlxalq birliyə anlatmaq və inandırmaq bir qədər çətin başa gəlir. Kollektiv özünümüdafiə haqqında qərar silahlı hücuma məruz qalan dövlət tərəfindən qəbul edildiyindən bu zaman Azərbaycanın müraciəti olmadan üçüncü dövlətin kollektiv özünümüdafiədə iştirak etmək hüququ yoxdur. Lakin burada bir şərt var: Bu tədbirlər beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün TŞ tərəfindən zəruri tədbirlərin görülmədiyi təqdirdə həyata keçirilə billər. Ermənistanın təcavüz hərəkətlərinə görə isə TŞ tərəfindən indiyə qədər heç bir zəruri əməliyyatın aparılmadığını nəzərə alsaq, Azərbaycan bu məsələdə maraqlı dövlətlərlə kollektiv özünümüdafiə haqqında müqavilə imzalaya bilər. Bu zaman müqavilənin subyekti hesab olunan hər hansı bir dövlətə qarşı yönələn hücum bütün digər içtirakçılara qarşı yönələn hücum hesab olunur və onların üzərinə təcavüz qurbanına kömək göstərmək öhdəliyini qoyur. Digər tərəfdən, fərdi özünümüdafiə də Azərbaycan Respublikasıüçün ehtiyyat variant kimi nəzərdən keçirilə bilər. Bu, həm özünün məcburi köçkün vəziyyətində olan vətəndaşlarının müdafiəsi məqsədlilə humanitar müdaxilə formasında və ya ərazisində Ermənistan tərəfindən terror və digər beynəlxalq cinayətlərin törədilməsinə cavab tədbiri kimi həyata keçirilə bilər.

Terrorizmlə əlaqədar bütün beynəlxlaq konvensiyalar bu transmilli cinayətlə mübarizədə dövlətin istər öz ərazisində, istərsə də digər ərazilərdə silahlı güc tətbiq etməsini istisna etmir. Bu müxtəlif məqsədlərlə - insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və s. məqsədlərlə həyata keçirilə bilər. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının mə­lum qətnamələrinin verdiyi imkana əsasən, özünün təcavüzə məruz qalmış ərazilərində antiterror əməliyyatları keçirmək üçün tam hüquqa malikdir. Bu hüquqdan istifadə edilməsi Dağlıq Qarabağın işğaldan azad edilməsinin birinci mərhələsi ola bilər.

 İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 27 dekabr 2011-ci il. http://www.azertag.com

2. “Avropa Məhkəməsi qərara almalıdır ki, doğurdan da Ermənistan Laçın rayonundan olan şəxslərin hüquqlarının pozulmasına cavabdehlik daşıyır”. APA. 10 yanvar 2012.

3. Mehdiyev R. “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası”. Azərbaycan hüquq jurnalı, № 3 (10), Bakı, “Adiloğlu” nəşriyyatı 2004. 160 s.

4. İbayev V. Ə. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”. Bakı: Elm, 2006, 696 s.

5. Бирюков П. Н. “Международное право”. М. Юристь, 2000. 416 c.

6. Василенко В.А. “Ответственность государства за международные правонарушения”. Киев: Изд. Oбъединение “ВИЩА ШКОЛА”, 1976. 342 c.

7. Курис П.М. “Международные правонарушения и ответственность государства”. Изд-во Вильнюс гос. ун-та, 1973. С. 126.

8. Лукашук И. И. “Международное право”. Особенная часть: Учебник. М.: Изд-во “БЕК”, 2000. 456 c.

9. Мамедов Р. “Самоопределение по-армянски, или о том как армянские сепаратисты из Нагорного Карабаха в очередной раз грубо игнорирует международное право”. // Мнение (Баку) 1997,. № 1, c. 9-12.

10. Международное право. М., Международные отношения, 1998. 457c.

11. Международное уголовное право. Под общей редакцией академика В.Н.Кудрявцева. Москва «Наука» 1999. 264 c.

12. Рыбаков М. Ю. “Вооруженная агрессия – тягчайшее международное преступление”. М.: Изд-во “Юрид. лит.”, 1980. 348 c.

13. Тункин Г. И. “Теория международного права”. М., Международные отношения, 1970. c. 546

14. Gerhard Kemp, Individual criminal liability for the international crime of aggression, Stellenbosch University, 2008, p 8.

15. Graefrat B. and Mohr M., “Legal Consequences of act of aggression: The case of Iraqi invasion and occupation of Kuwait”, 1992, Austrian Journal of Public and International Law 109, 121 p.

16. Nina H. B. Jorgensen. The responsiblity of states of international crimes. Oxford University Press. 2000. 376 p.

17. Draft Articles on State Responsibility. Text of the draft articles provisionally adopted by the International Law Commission on first reading, http://www.javier-leon-diaz. com/humanitarian Issues/State_Resp.pdf (25.04.2011)

Səyyad Məcidov

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun beynəlxalq hüquq üzrə dissertantı

Strateji Təhlil juranalı, Say 4, Bakı, 2012