İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qubadlı

Qubadlı

Ümumi məlumat

Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər(Qubadlı) 93 kənd vardı. Sahəsi 802 km2, əhalisi 37,9 min (01.04.2013) nəfərdir. Kəndləri bunlardır - Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Balasoltanlı, Qaraimanlı, Padar, Başarat, Armudlu, Deşdahat, Hat, Milanlı, Çardaqlı, Əyin, Xələc, Tarovlu, Çərəli, Boyunəkər, Saldaş,  Dəmirçilər, Poladlı, Dondarlı, Diləli, Müskənli, Mirlər, Göyərcik, Əliquluuşağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı, Saray, Hal, Ballıqaya, Qəzyan, Məmər, Mollalı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xanlıq, Xocahan, Qilican, Tinli, Xocik, Mərdanlı, Qaracallı, Qarağac, Qarakişilər, Qaralar, Hüseynuşağı, Kavdadıq, Qayalı, Abdalanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Muradxanlı, Muğanlı, Məlikəhmədli Qundanlı, Alaqurşaq, Davudlu Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Teymur, Müskənli, Balahəsənli, Xıdırlı, Ulaşlı, Altınca, Əbilcə, Yuxarı Xocamsaqlı, Aşağı Xocamsaqlı,  Mehrili, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, İşıqlı, Həkəri, Cılfır,  Seytas, Göyər Abbas, Xəndək.

Qubadlı rayonu ilə Bakı arasında olan məsafə  403 kilometrdir. Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ermənistan Respublikası ilə(120km) Xocavənd rayonu ilə(45km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilı həmsərhəddir.

Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda 13.2 min hektar meşə sahəsi vardır. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan...sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəlliyi idi.

Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur.

Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli çay, Şəki çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da öz Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir.

Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da var idi.

Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.

Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir. Şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr də var idi.

Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb var idi. Xanlıq kəndindəki 126 №-li orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif peşələrə yiyələnirdi.

Qubadlı rayonunda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi.

Rayonda 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsində əhaliyə xidmət göstərirdi.

Rayonda 21 rabitə müəssisəsi vardı. Qubadlı qəsəbəsində 1200, Hal, Muradxanlı kəndlərinin hər birində 150, Teymur Müskanlı, Balasultanlı, Çardaxlı, Aşağı Mollu kəndlərinin hər birində 100, Qayalı kəndində 50 nomrəli ATS fəaliyyət göstərirdi.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.

İşğaldan qabaqkı son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. Qəsəbədə 1176, Çəpəli, Dondarlı, Mahruzlu kəndlərinin hər birində 422, Muradxanlı kəndində 325,  Balasoltanlı, Çardaxlı, Qaracallı kəndlərinin hər birində 192, Göyərçik kəndində 164 yerlik orta, Qayalı kəndində 216, Dəmirçilər, Xəndək kəndlərinin hər birində 192,  Qarakişilər, Tarovlu, Aşağı Xocasamlı kəndlərinin hər birində 164 yerlik səkkizillik, Mərdanblı, Padar, Qiyaslı, Abdalalanlı, Mərlər kəndlərində ibtidai məktəb binaları da işgaldan əvvəl istifadəyə verilmişdir.

Rayon mərkəzindəki müasir tipli xəstəxana şəhərciyi, ATS, ticarət mərkəzi, univermaq, universam, bazar, mehmanxana, kitab evi, Mahruzlu kəndindəki poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, İşıqlı, Diləli, Müskanlı kəndlərindəki kitabxana binaları da işğaldan  qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir.

Həmçinin işgaldan əvvəl rayon mərkəzində Əliquluşağı, Həkəri (Zəngilan rayonu) Xanlıq, Əyin, Fərcan, Mirlər, Dəmirçilər, Hərtiz, Çərəli, Muradxanlı, Qaracallı, Eyvazlı və Yuxarı Mollu ilə birləşdirən yeni asfalt və şosse yollar çəkilmiş, köhnə yollar genişləndirilmişdir. Xanlıq-Yuxarı Mollu, Ulaşlı-Mahruzlu, Qəzyan-Xocahan və başqa kənd arası yollar öz əvvəlki görkəmini büs-bütün dəyişmişdir. Qubadlı-Dondarlı, Sariyataq-Padar, Qralar-Mahruzlu, Teymur Müskanlı-Balahəsənli, Mahmudlu-Hacılı körpüləri həsrətli sahilləri bir-birinə qovuşdurduğu kimi, yolçulara da qol-qanad vermişdir. Səngər dağının səfalı bir güşəsində cənnət misallı Armudlu bağında tikilən ponsionat hamını sevindirmişdir. Qubadlılar öz sevimli qəsəbə və kəndlərində tikinti abadlıq işlərini həvəslə davam etdirirdilər...

 

Mənbə:

Qarabağ Yaddaş kitabı, 2010, MHS - paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları