İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində əcnəbi tələbələrlə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar görüş keçirilmişdir

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində əcnəbi tələbələrlə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar görüş keçirilmişdir

19 fevral 2014-cü il tarixində “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə Xocalı soyqırımının 22 ci ildönümü münasibəti ilə məlumatlandırma görüşü keçirilmişdir. “Hər şey Qarabağ üçün” informasiya kampaniyası çərçivəsində keçirilən görüşdə 22 il bundan öncə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc əhaliyyə qarşı törətdiyi məqsədyönlü soyqırım aktı haqqında əcnəbi tələbələrə məlumat verilmiş, faciə barəsində film nümayiş etdirilmişdir. Görüşdə eyni zamanda “Hər şey Qarabağ üçün” informasiya kampaniyası haqqında məlumat verilmiş, virtualkarabakh.az saytı xarici tələbələrə təqdim olunmuşdur.

Məlumat görüşündə əcnəbi tələbələr Ermənistan – Azərbaycan, Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı fikirlərini söyləmişlər . Onlar  Xocalı soyqırımını dinc əhaliyə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş və faciə haqqında obyektiv məlumatın dünyanın müxtəlif yerlərində yaşayan gənclərə, insanlara yayılmasını vacib hesab etmişlər.

Öz növbəsində  görüş zamanı  əcnəbi tələbələrdən internet resurslardan istifadə etməklə Xocalı soyqırımı haqqında obyektiv informasiyanın xaricdə yaşayan tanışlarına və həmyaşıdlarına çatdırılmasının zəruriliyinə toxunulmuşdur. Bildirilmişdir ki, artıq dünyanın müxtəlif yerlərində Ermənistan və erməni diasporası tərəfindən yayılan informasiyalar əvvəlki qədər təsirə malik deyil. Bu istiqamətdə Azərbaycan gəncləri tərəfindən aparılan obyektiv məlumatlandırma işlərinin, xüsusilə də “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanmışdır.

 “Hər Şey Qarabağ Üçün” virtual kampaniya “Virtual Qarabağ ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir və Qarabağ həqiqətlərinin internet məkanın­da tanı­dıl­­­­masına xidmət edir. “Hər Şey Qarabağ Üçün” virtual hərəkatı hamı üçün açıqdır: Azərbaycanda və dünyada ya­şa­yan sülhsevər insanlar, yeniyetmələr, gənclər, Qeyri - Hökumət Təşkilat­ları, gənclər təş­­kilatları kampaniyaya qoşula bilər. 

Məqaləyə dair fotomateriallar: