İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa səfiri: “Prezident Olland Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara yeni stimul vermək istəyir”

Fransa səfiri: “Prezident Olland Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara yeni stimul vermək istəyir”

09.10.2014

Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə çalışır”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Fransadakı səfiri Anri Reno deyib.

“Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməklə iki məqsəd güdür. Birincisi, hərbçilərin və dinc sakinlərin ölməməsi üçün qarşılıqlı etimad doğuracaq üsullar barədə təsəvvürə malik olmaq, ikincisi, münaqişənin üç prinsip - ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq etməmək prinsipləri əsasında həlli məqsədilə danışıqlara yeni stimul vermək”, - deyə səfir bildirib. 

A. Reno əlavə edib ki, Paris görüşündə bütün həmsədrlər iştirak edəcək: “Tərəflər özləri müəyyən etməlidir ki, həll necə olacaq. Vasitəçilər onlara kömək edir, lakin onların yerinə qərar qəbul edə bilməz”.  

Qeyd edək ki, Fransa tərəfinin təşəbbüsü ilə oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur.