İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Qarabağ Kuboku” intellektual yarışı keçirilib

“Qarabağ Kuboku” intellektual yarışı keçirilib

13.10.2014

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin birgə təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə ittifaqın qərargahında tələbələr arasında “Qarabağ Kuboku” intellektual yarışı keçirilib.

Əsas məqəsədi zəngin tarixi olan, əzəli Azərbaycan torpağı Qarabağ bölgəsi və işğal altında olan ətraf rayonlarımız haqqında gəncləri məlumatlandırmaq olan layihədə müxtəlif təhsil müəssisələrindən olan 400 nəfər tələbə yazılı test müsabiqəsindən  keçiblər. Test sualları Qarabağın tarixi, mədəniyyəti, musiqisi, coğrafiyasını əhatə edirdi. Ən yaxşı nəticə göstərən 45 gənc ikinci mərhələdə öz biliklərini hər birində 5 nəfər olmaqla 9 komanda şəklində intellektual yarışmada sınayıblar.

Yarışmada da komandalara Qarabağın tarixi, mədəniyyəti, musiqisi və coğrafiyasına aid müxtəlif suallar təqdim edilib.

Qeyd edirik ki, yarışmanın qalib komadasına sertifikatlar təqdim edilib.