İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Allahşükür Paşazadə: Ermənilərin Qarabağda məscidləri bərbad hala salması İran televiziyalarında göstərilmədi

Allahşükür Paşazadə: Ermənilərin Qarabağda məscidləri bərbad hala salması İran televiziyalarında göstərilmədi

14.10.2014

Vaxtilə Ermənistanın Qarabağı işğal etməsi nəticəsində ermənilər tərəfindən məscidlərin bərbad hala salınması İran televiziyalarında göstərilmədi. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edərkən deyib.

O, əlavə edib ki, lakin sonradan bu vəziyyət kökündən dəyişdi: "Biz bir-birimizi sanki yenidən kəşf edirik. Lakin biz qorxuruq ki, yenidən bu problemlər ola bilər. Biz bu cür problemlərin olmasını istəmirik. Məsələn, İranın "Səhər" televiziya kanalı burada çox iğtişaşlar yaratdı. Hər ölkədə problemlər, qüsurlar var. Lakin yaxşı tərəfləri göstərmək lazımdır. Qüsurları göstərəndə isə bu, düşməncəsinə formada yox, dostyana olmalıdır".

QMİ sədri zarafatyana şəkildə "Səhər"in adını dəyişdirib artıq "Axşam" qoymaq vaxtının çatdığını deyib.

Buna cavab olaraq İ.Zərqami də öz növbəsində, İran telekanallarında hansı xarakterli proqramların, hansı dini mövzuların yer almasının açıqlanmasını xahiş edib.

QMİ sədri isə iki ölkənin radio-televiziya qurumlarının arasında əlaqələrin inkişafında, qarşılıqlı nümayəndəliklərinin açılmasında maraqlı olduğunu, eləcə də xaricdə yayılan İran televiziyalarında dini mövzularda məsələlərin ən bəsit səviyyədən başlayaraq izahının verilməsinin arzusunda olduğunu deyib.