İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazırdır

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazırdır

16.10.2014

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.

E.Məmmədyarov qeyd edib ki, qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub: "Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik".