İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İspaniyanın Avropa Mədəniyyəti Tanıtım Assosiasiyası Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyib

İspaniyanın Avropa Mədəniyyəti Tanıtım Assosiasiyası Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyib

16,10,2014

İspaniyanın Avropa Mədəniyyəti Tanıtım Assosiasiyası (AMTA) Azərbaycanın Dağlıq Qarabağ probleminə dair mövqeyini dəstəkləyən bəyanat qəbul edib.

Bəyanatın mətni “İnterfaks-Azərbaycan” agentliyinə daxil olub.

AMTA-nın İdarə Heyətinin iclasında sədr Cozep Manuel Munoz Lopez təşkilatın üzvləri qarşısında Dağlıq Qarabağ problemini qaldırıb. İclasın yekunları üzrə təşkilat Azərbaycanın mövqeyini rəsmi şəkildə dəstəkləyib. Belə ki, AMTA-nın adından rəsmi bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ regionu 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altında qalır, həmin ərazidə tarixi və mədəni obyektlər dağıdılır, etnik təmizləmə siyasəti həyata keçirilib, beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Haaqa Konvensiyası icra olunmur.

Kataloniya və bütün İspaniyada tanınmış Avropa Mədəniyyəti Tanıtım Assosiasiyasının mənzil-qərargahı Barselonada yerləşir. AMTA fəaliyyəti Avropada mədəni tədbirlərin həyata keçirilməsinə, mədəni irsin, tarixi abidələrin mühafizəsinə yönələn qeyri-kommersiya təşkilatıdır. Xüsusilə təşkilat Avropa Birliyi və Avropa Şurası ilə gənclər proqramları həyata keçirir.