İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Oqtay Əsədov: Avropa Parlamentində qondarma "DQR" ilə dostluq qrupu yaradılması barədə yayılan məlumatlar tamamilə yalandır

Oqtay Əsədov: Avropa Parlamentində qondarma

18.10.2014

Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır. Trend-in məlumatına görə, bu barədə Milli məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

Spiker bildirib: “Mən tapşırıq verdim, bütün saytları yoxladılar, Avropa saytlarında rəsmi olaraq belə bir qərar yayımlanmayıb”.

O.Əsədov qeyd edib ki, bununla bağlı məlumatı yalnız erməni saytları yayır.

Spiker əlavə edib ki, hazırda dünyada ədalət prinsipi yoxdur: “Biz artıq görürük ki, dünyada ədalət prinsipi yoxdur, hansı böyük gücə, hansı böyük qüvvəyə nə əl verir, onu edir. Dağlıq Qarabağ məsələsi də hər dəfə bir qurum, bir dövlət tərəfindən oyuncaq kimi istifadə edilir. Biz buna da hazır olmalıyıq. Ancaq biz də bu məsələdə daha aktiv olmalıyıq. Dağlıq Qarabağın azərbaycanlı icması da bu işdə xüsusən fəal olmalıdır”.