İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa XİN Burq-Le-Valans merinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

Fransa XİN Burq-Le-Valans merinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

20.10.2014

Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Burq-Le-Valans şəhərinin merinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib.

XİN nümayəndəsi Parisdə keçirilən brifinqdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olması nəzərə alınaraq, qanunsuz səfərlərin narahatlıq doğurmasına dair sualı şərh edərkən bildirib: “Belə təşəbbüslər Dağlıq Qarabağın müstəqilliyini tanımayan Parisin rəsmi mövqeyini dəyişmir”. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin diplomatik və siyasi yolla nizamlanmasının axtarışı prosesinə cəlb edilib.

O, qeyd edib ki, danışıqlara yeni impuls vermək üçün Fransa Prezidenti bu ilin mayında Bakıya və Yerevana səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə payızda Parisdə görüşməyi və vəziyyətdən çıxış yollarını müzakirə etməyi təklif edib.

Bundan əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirmişdi ki, Fransanın Burq-Le-Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununun pozulmasıdır.