İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan tərəfi Azərbaycan Prezidenti ilə görüşə konstruktiv əhvalla gedir

XİN: Ermənistan tərəfi Azərbaycan Prezidenti ilə görüşə konstruktiv əhvalla gedir

23.10.2014

Ermənistan tərəfi bu ayın sonunda Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı jurnalistlərə bildirib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Yerevan Fransa Prezidenti Fransua Ollandın bu təşəbbüsünü yüksək qiymətləndirir.

Nalbandyan qeyd edib: “Parisdə görüş son üç ay ərzində həmsədr ölkələr tərəfindən təşəbbüs göstərilən sayca ikinci görüş olacaq. Bu, həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində irəliləyişə nail olması üçün yekdil fəal səylər göstərmək qətiyyətlərini nümayiş etdirir”.

Fransa Prezidenti Fransua Olland bundan əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə təşəbbüslə çıxış edib.