İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır

23.10.2014

Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.

C.Uorlik qeyd edib: “Ermənistan hökuməti öz qərarını verib və biz də bu qərara hörmət edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Ümidvarıq ki, prezidentlər son vaxtlarda keçirdikləri görüşləri nəzərə alaraq, münaqişənin həll istiqamətində üzərilərinə öhdəlik götürəcəklər”.

O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki cari vəziyyətə də toxunub: "Təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca vəziyyət bu yay baş vermiş gərginlikdən sonra stabilləşibAncaq ümumilikdə gərginlik var".

Amerikalı həmsədr son zamanlar atəşkəs rejiminin pozulması, xüsusilə də mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların narahatlıq doğurduğunu bildirib: “Mülki şəxslərin hədəfə alınmasına heç bir bəraət qazandırmaq olmaz”.