İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Polşa Məhkəmə Şurasının üzvü: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”

Polşa Məhkəmə Şurasının üzvü: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”

24.10.2014

Bunu APA-ya açıqlamasında Polşa Milli Məhkəmə Şurasının üzvü və sözçüsü Valdemar Jurek deyib.

V. Jurek bildirib ki, bu məsələ çox çətin məsələdir: “Onu deyə bilərəm ki, həm bu problem, həm də bütünlükdə Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunsa, daha yaxşı olar. Qarabağda baş verənlər tanış haldır. Ukraynada da separatçılar bəzi dairələrdə seçki keçirilməsinə imkan yaratmır, dövlətə maneələr törədirlər. Bölgədə demokratik proses getməli və hüquqlara hörmətlə yanaşılmalıdır. Lex Valensaya Nobel Sülh Mükafatı kommunist rejimini dəyişməyə görə yox, dəyişiklikləri sülhlə və demokratik yolla apardığına görə verilmişdi. Qarabağ münaqişəsinin həllində də bu əsas məqamı nəzərə almaq lazımdır”.

Bakıda keçirilən “İnsan hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransda Polşa nümayəndə heyətinə rəhbərlik edən V. Jurek Azərbaycana ilk dəfədir gəldiyini və ölkədəki vəziyyəti öz gözləri ilə görməsinə çox şad olduğunu söyləyib: “Vaxtaşırı olaraq dünya mətbuatında Azərbaycanla bağlı müxtəlif yazılara rast gəlirik. Lakin bu konfrans imkan verir ki, Avropanın bütün ölkələrindən gələn nümayəndələr vəziyyəti daha yaxından öyrənsinlər, onları narahat edən məqamları araşdırsınlar. Azərbaycanla əməkdaşlıq etməyimizdən və bu ölkənin Avropa Şurasındakı fəaliyyətindən razıyıq. Bəzi problemlər ortaya çıxa bilər, lakin belə hallar vaxtilə Polşada da olub. Hazırda ölkənizdə inkişaf gedir və sizin iqtisadi inkişafınız bizi təəccübləndirir. İstərdik ki, Azərbaycandakı müsbət dəyişikliklər daha da sürətlənsin”.