İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazirin müavini: “Beynəlxalq təşkilatların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”

Baş nazirin müavini: “Beynəlxalq təşkilatların biganəliyi azərbaycanlı girovlarla bağlı məsələdə də özünü göstərir”

14.10.2014

“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Çox təəssüf ki, beynəlxalq təşkilatların bizə qarşı biganəliyi bu məsələdə də özünü göstərir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, girovlarla bağlı müraciətdən bir həftə keçsə də, hələ ki, beynəlxalq təşkilatlardan reaksiya yoxdur: “Bu, bir daha onu göstərir ki, beynəlxalq təşkilatların öz fəaliyyətlərində müxtəlif yanaşmaları var, onların ayrı-ayrı xalqlar, dövlətlər və millətlər haqqında ssenariləri var. Əgər bu təşkilatlar insan hüquqlarının qorunması ilə məşğuldurlarsa, o zaman dünyadakı bütün insanlara eyni gözlə baxmalı, problemlərin həllinə çalışmalıdırlar. Məlumat var ki, ermənilər girovluqda olan soydaşlarımızla bağlı oktyabrın 27-də qondarma məhkəmə prosesini başlatmaq istəyirlər. Bu da ermənilərin növbəti fitnəkarlığı, hiyləsi və qeyri-insani yanaşmasıdır”.