İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Con Heffern: ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edir

Con Heffern: ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edir

29.10.2014

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dostu və tərəfdaşı kimi problemin sülh yolu ilə nizamlanması üçün hər şeyi edir. Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bəyan edib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü “Armenia Today” məlumat yayıb.

Heffern deyib: “İki ölkənin prezidentləri Parisdə görüşüblər və biz özümüzdən asılı olan hər şeyi edirik. Qarşılıqlı anlaşmanı stimullaşdırırıq ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mümkün olsun. Hədəfimiz danışıqlar yolu ilə dinc nizamlamadır”.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.