İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı nazir: Dağlıq Qarabağ münaqişəsi regionun və Avropanın sabitliyinə ziyan vurur

Britaniyalı nazir: Dağlıq Qarabağ münaqişəsi regionun və Avropanın sabitliyinə ziyan vurur

03.11.2014

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionun və Avropanın sabitliyinə ziyan vurur. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi Yerevanda Böyük Britaniyanın Avropa məsələləri naziri Devid Lidinqton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Krallıq üçün narahatlıq mənbəyi olaraq qalır.

Nazir qeyd edib ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarılması yolları üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə böyük önəm verir: "Beynəlxalq ictimaiyyət uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan faciəsinə son qoymaq üçün Minsk qrupunun həmsədrlərinə yardımı ikiqat artırmalıdır".