İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilərin Londondakı növbəti təxribatına azərbaycanlı tələbələrdən etiraz

Ermənilərin Londondakı növbəti təxribatına azərbaycanlı tələbələrdən etiraz

08.11.2014

AzərTAc:

Londonda keçirilən “Dünya Səyahət Bazarı - 2014” (World Travel Market-2014) ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə burada təhsil alan azərbaycanlı tələbələr Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər.

Azərbaycan bayraqlarını və Ermənistanın ölkəmizə təcavüzünü əks etdirən xəritələri əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər.

Sərgidə ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.