İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəsmi Bakı Dağlıq Qarabağ separatçılarının Rusiyada KVN festivalında iştirakının qarşısını alır

Rəsmi Bakı Dağlıq Qarabağ separatçılarının Rusiyada KVN festivalında iştirakının qarşısını alır

08.11.2014

Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionunun komandasının beynəlxalq festivalda mümkün iştirakının qarşısını almaq tapşırılıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının “KiViN-2015” beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakı məsələsini öyrənmək və informasiyanın təsdiqləniyi halda lazımi tədbirlər görmək tapşırılıb.

Ermənistan KİV separatçı rejimin komandasının gələn ilin yanvarında Soçidə keçiriləcək ŞHK komandalarının “KiViN-2015” beynəlxalq festivalında ayrıca komanda kimi iştirak etmək üçün dəvət edildiyi barədə məlumat yayıb. Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, yığma artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.

H.Hacıyev deyib ki, Ermənistan belə əsassız addımlar atmaqla təxribat fəaliyyəti həyata keçirir: "Ermənistan tərəfi belə mənasız işlərlə məşğul olmaqdansa münaqişənin həllində daha konstruktiv mövqe tutmalıdır”.